FACT-INFO.AZ » İQTİSADİYYAT » “Euronews”: Azərbaycanda energetika sahəsində qarşılıqlı əməkdaşlıq və yaşıl enerjiyə keçid müzakirə edilib
13-03-2024, 09:00 | İQTİSADİYYAT
“Euronews”: Azərbaycanda energetika sahəsində qarşılıqlı əməkdaşlıq və yaşıl enerjiyə keçid müzakirə edilib

Məşhur “Euronews” telekanalı Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından geniş reportaj hazırlayıb. Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda Azərbaycanın Şərqi Avropa ilə Qərbi Asiyanın qovuşduğu məkan olduğu vurğulanır. Qeyd edilir ki, ölkə əhalisinin sayı 10 milyondan çoxdur. Azərbaycan neft və təbii qaz ehtiyatları ilə zəngin ölkədir.

Reportajın müəllifi Ceyn Uizerspun bildirib ki, bu günlərdə Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. İclaslarda dəhlizin genişləndirilməsi, Aİ və qonşu ölkələr üçün mühüm qaz təchizatının şaxələndirilməsi marşrutu ilə bağlı müzakirələr aparılıb.

Reportajda Prezident İlham Əliyevin iclasdakı çıxışından sitat gətirilir: “Hesab edirəm ki, qazıntı yanacağına malik olan ölkələrin fəaliyyəti onların ətraf mühitin müdafiəsi, yaşıl enerjiyə keçid məsələlərini necə həll etdikləri baxımından qiymətləndirilməlidir”.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan maliyyə imkanları ilə dəstək göstərmələri üçün aparıcı beynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr arasında, şirkətlər arasında bu əməkdaşlığı qurmağa başladı və uzunluğu 3500 kilometr olan kəmər artıq reallıqdır.

Reportajda qeyd edilir ki, ötən il Azərbaycan qaz ixracının həcmini 9 faiz artıraraq 22 milyard kubmetrə çatdırıb. Hazırda Azərbaycan qazının Avropada əsas alıcıları İtaliya, Yunanıstan, Rumıniya, Macarıstan və Bolqarıstandır.

Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə, Aİ-də əlavə həcmdə təbii qaz əldə etməyə hazır olan çox sayda yeni tərəfdaş ölkələr var. Lakin bunun üçün bir neçə onillik tələb olunur: “İndi biz, həmçinin gələcəyə yönəlmiş əməkdaşlıq qurmaq istəyirik”.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında qarşılıqlı əməkdaşlıq və yaşıl enerjiyə keçid də müzakirə edilib. Prezident İlham Əliyev “Euronews” televiziyasına bu barədə danışarkən deyib: “Biz bunu ənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldə etdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunan enerjiyə sərmayə yatırmaq üçün istifadə etməklə töhfə vermək və buna ehtiyacın olduğuna dair ümumi bir anlayış yaratmaq istəyirik”.

Avropa İttifaqı da bu yanaşmanı dəstəkləyir. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson bildirib ki, bir neçə il bundan əvvəl Avropa İttifaqı metan emissiyaları ilə bağlı qlobal təşəbbüs irəli sürdü: “Bu, məhz neft-qaz sənayesində ikinci ən güclü istixana qazı olan metan emissiyalarının azaldılması məqsədi daşıyır. Azərbaycan ötən COP-da bu təşəbbüsə qoşuldu. Bu onu göstərir ki, onlar məsuliyyətli şəkildə davranırlar. Bundan əlavə, bütün bu dənizdə yataqların işlənməsi planları ilə birlikdə onlar daxili elektrik enerjisi istehsalını əvəz edə bilərlər”.

Reportajda bildirilib ki, Xəzər dənizində külək enerjisi stansiyalarının istifadəsi yaşıl enerjiyə keçiddə həlledici rol oynayacaq.

“Windeurope” Assosiasiyasının baş icraçı direktoru Cayls Diksonun fikrincə, enerji transsərhəd məsələsidir. “Elə Azərbaycanı götürək. Onlar Xəzər dənizində çox sayda külək enerjisi stansiyası inşa etmək istəyirlər. Onlar bu enerjini özləri istehlak etməyəcəklər. Onlar onu Qafqazdan keçərək Qara dənizin dibi ilə Avropaya çəkiləcək yeni elektrik kabeli vasitəsilə nəql edəcəklər. Bu, beynəlxalq əməkdaşlıqdır. Bu işləri yalnız hökumətlər bir araya gələndə etmək mümkündür və onlar bunu inşa etməyə hazırlaşan sənaye ilə bir araya gəlirlər, - deyə C.Dikson əlavə edib.

Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR artıq az karbonlu həllərin və karbonsuzlaşdırma texnologiyalarının sürətləndirilməsi üzrə strategiyalar həyata keçirir.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev bu barədə danışarkən deyib: “Biz hamımız başa düşürük ki, neft-qaz sənayesi bizi çox mühüm, dayanıqlı şəkildə etibarlı enerji ilə təmin etməyə davam edəcək və daha təmiz enerji mənbələrinə keçiddə bizə kömək edəcək. Bilirsiniz ki, 2026-cı ildən başlayaraq karbon tənzimləmə mexanizmi çərçivəsində Avropa İttifaqında ixracatçılar və ya idxalçılar cərimələnəcəklər. Gübrələr baxımından da həmçinin. Ona görə də, biz gübrə istehsalımızın da karbonsuzlaşdırılması imkanlarını araşdırmaq istərdik”.

Bildirilib ki, Azərbaycanın bu il COP29-a ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda Prezident Əliyev iqlim dəyişikliyinin daha geniş fəsadları barədə də danışıb. “Biz iqlim dəyişikliyinin fəsadlarını, təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.

Reportajın müəllifi Ceyn Uizerspun sonda vurğulayıb ki, bu, həqiqətən də Azərbaycan və daha geniş qlobal enerji sənayesi üçün iddialı bir plandır.




Baxış sayı: 120
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30