FACT-INFO.AZ » XƏBƏR » Qazaxıstan prezidentinin Azərbayacana səfəri ikitərəfli əlaqələrə nə qazandırır?-Millət vəkili
12-03-2024, 20:30 | XƏBƏR
Qazaxıstan prezidentinin Azərbayacana səfəri ikitərəfli əlaqələrə nə qazandırır?-Millət vəkili
"Qazaxıstan Prezidentinin ölkəmizə rəsmi səfəri tarixi əhəmiyyət daşıyır. Prezident Tokayevin geniş tərkibli nümayəndə heyəti ilə səfəri çərçivəsində dövlətlərarası Ali Şuranın ilk iclasının keçirilməsi iki dövlət arasında imzalanmış Müttəfiqlik bəyannaməsinə sadiqliyin göstəricisidir. Qazaxıstan prezidenti öz rəsmi səfərini iki qardaş ölkə arasında əməkdaşlığın və müttəfiqlik münasibətlərinin imkişaf etdirilməsində mühüm addım kimi qiymətləndirdi" 
 
 
 
Bu sözləri Millət vəkili Cavanşir Feyziyev bildirib. O, qeyd edib ki, prezident Tokayev ərazi bütpvlüyümüzün və suverenliyimizin tam bərpası münasibətilə Azərbaycan Prezidentinə və xalqına öz təbriklərini ifadə edib və Azərbaycanın bu tarixi qələbəsinə qazax xalqının ürəkdən sevindiyini bildirib:
 
"O həmçinin bu qələbəni nəinki Azərbaycan tarixinin, eləcə də dünya tarixinin unudulmaz səhifəsi adlandırdı. Dövlətlərarası Ali Şuranın iclasında ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə önəmli məsələlər müzakirə olundu və müqavilələr imzalandı. Beynəlxalq təşkilatlar çərçivəsində və ilk növbədə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığən daha da dərinləşditilməsinin vacibliyi vurğulandı. Qərb istiqamətində Azırbaycan-Türkiyə və Şərq istiqamətində Azərbaycan - Qazaxıstan müttəfiqliyi regional  əhəmiyyəti etibarilə bütün türk dünyasını əhatə edən pozitiv siyasi təsir dalğası yaradır. Ankara -Bakı - Astana oxu ətrafında digər türk dövlətlərinin də daha geniş əməkdaşlıq sferasına daxil olması bütövlükdə türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə təkan verir. Dövlətlərimiz arasında getdikcə intensivləşən təmaslar zamanı əldə olunan razılaşmaların uğurlu şəkildə həyata keçirilməsi Türk Dövlətləri Təşkilatının da möhkəmlənməsinə və beynəlxalq siyasət müstəvisində daha çox təsir gücü qazanmasına səbəb olacaq. Türk respublikalarının vahid geopolitik region çərçivəsində yenidən şəkillənməsi nəticə etibarilə bütövlükdə Avrasiyada sülhün və təhlükəsizliyin təmin olunmasına böyük töhfə verəcək". 
Millət vəkili qeyd etdi ki, Qarabağın işğaldan azad olunması türk dövlətləri arasında  inteqrasiya proseslərini ləngidən ən böyük problemlərdən birinin aradan qaldırılması demək idi:
 "Bu missiya Azərbaycan tərəfindən uğurla həyata keçirildi və böyük zəfərlə başa çatdırıldı. Bu tarixi qələbənin əldə olunmasında qardaş Türkiyənin göstərdiyi siyasi- mənəvi dəstək əvəzsiz rol oynadı. Qələbəmiz dünyanın bütün türk xalqları tərəfindən böyük coşqu ilə qarşılandı. Bütün türk dövlətlərinin  rəhbərləri tərəfindən Azərbaycan Prezidentinə və xalqına ünvanlanmış təbriklər və azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılmasına  dəstək təşəbbüsləri xalqlarımız arasında qardaşlıq münasibətlərinin ən parlaq təzahürüdür. Türkiyə Respublikası bu gün də azad olunmuş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış yaşayış məntəqələrimizin bərpa olunması işlərində Azərbaycana yaxından köməklik göstərir. Ölkəmizdə səfərdə olan Qazaxıstan prezidenti Tokayevin iştirakı ilə bu gün Füzuli rayonunda açılşı baş tutan Qurmanqazi adına Gənclər Yaradıcılıq Mərkəzi də Qarabağa  dəstək aksiyasının gözəl nümunəsidir. Belə təşəbbüslərin sayı az deyil. Daha öncə qardaş Özbəkistan tərəfindən Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı  olmuşdu. Əminəm ki, gələcəkdə də çox belə layihələrin şahidi olacağıq".



Baxış sayı: 255
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30