FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Xəyala ilk addım”
12-03-2024, 07:00 | MƏDƏNİYYƏT
“Xəyala ilk addım”

Martın 11-də Tbilisidəki Gürcüstan Milli Kitabxanasında “Palitra-İnteqrasiya 2024” layihəsi çərçivəsində “TEA HOUSE"un rəsm müəllimi, gənc rəssam Emilya Hüseynovanın əsərlərindən ibarət “Xəyala ilk addım” adlı fərdi sərgisi açılıb.

Tədbirdə dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, gənclər iştirak ediblər.

Canlı musiqi fonunda keçirilən tədbir “Gürcüstan İncəsənət Akademiyası” və “İnkişaf və Təhsil Mərkəzi”nin birgə təşkilatçılığı ilə reallaşıb.

“İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov bildirib ki, “Palitra İnteqrasiya layihəsi” 2018-ci ildən həyata keçirilir. Layihənin məqsədi regionda incəsənətin inkişafı və incəsənət sahəsində inteqrasiyaya nail olmaqdır.

O, bu işdə göstərdiyi dəstəyə görə SOCAR-ın Gürcüstan nümayəndəliyinin rolunu xüsusi qeyd edib.

Sonra o, gənc rəssamın uğurlarından söz açıb. Bildirib ki, 13 yaşından rəsmlə məşğul olan E.Hüseynova özü “Tea House”un tələbəsi olub. O, indi öz bilik və bacarıqlarını, rəssamlığın sirlərini yeniyetmə və gənclərə öyrədir.

Bugünkü sərgidə rəssamın realizm növündə, yağlı boya ilə kətan üzərində çəkilən portret, animalizm, natürmort, məişət və mənzərə janrlarında çəkdiyi 30-dan çox əsəri nümayiş etdirilir.

“Gürcüstan İncəsənət Akademiyası”nın direktoru Denis Nesterenko çıxışında gənc azərbaycanlı rəssamın əsərlərini yüksək qiymətləndirib. Bildirib ki, indi gənclərin rəsmə, heykəltaraşlığa, bir sözlə, incəsənətə həvəsi artmaqdadır. Akademiya da onlara lazımi dəstək göstərməyi özünə borc bilir.

Direktor deyib ki, “Gürcüstan İncəsənət Akademiyası” etnik azlıqlar arasında bacarıqlı gənclərin seçilib irəli çəkilməsi, onların daha yaxşı təhsil almalarına yardım məqsədi yeni layihə hazırlayıb. Gürcüstanda yaşayan azərbaycanlı gənclər də bu layihədən bəhrələnəcəklər.

“Ümid edirəm ki, bu layihə gənc istedadların üzə çıxmasında və inteqrasiyasında mühüm rol oynayacaq”, – deyə D.Nesterenko vurğulayıb.

E.Hüseynova çıxış edərək ona göstərilən dəstəyə və sərginin təşkilinə görə, minnətdarlığını bildirib.

Sonra Tbilisi 8 saylı Musiqi Məktəbinin şagirdləri fortepiano, piano və skripkada dünya musiqiçilərinin əsərindən parçalar ifa ediblər.




Baxış sayı: 160
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30