FACT-INFO.AZ » MƏDƏNİYYƏT » "Əsrə bərabər gün" tamaşasının premyerası olub
11-03-2024, 11:00 | MƏDƏNİYYƏT
"Əsrə bərabər gün" tamaşasının premyerası olub

9-10 mart tarixlərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanı əsasında hazırlanmış “Əsrə bərabər gün” (iki hissəli fantastik realizm) tamaşasının premyerası keçirilib.

Yeni səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərovdur.

“Əsrə bərabər gün” tamaşasını Çingiz xandan Çingiz Aytmatova qədər dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxış adlandıra bilərik.

Səhnə əsəri Boranlı stansiyasındakı dəmiryolçu Yedigeyin dostu Qazanqapın cənazəsini qədim yurd yeri olan Ana-beyitdə dəfn etmək üçün çıxdığı yolla başlayır. Əcdadlarının uyuduğu Ana-beyitin yerində Baykanur kosmodromu salındığı üçün Boranlı camaatı ora buraxılmır. Əsərdə bu hadisə – Ana-beyitə gedən yolun bağlanması kosmik stansiyanın salınması səbəbi ilə əlaqələndirilsə də, tamaşada əcdadlarına, torpağına sahiblik hissinin olmaması günahı kimi də dəyərləndirilir. Oğullar atalarını, analarını tanımırsa, torpaq da onları qəbul etmir. Belə insanların heç sonsuz qalaktikada da yeri olmayacaq.

Tamaşa bağlanmış yol – “giriş qadağandır” əmrilə yaranmış kolliziya ətrafında keçmiş rəvayətdən gələcək yerdənkənar sivilizasiyaya qədər olan yolun bərpası cəhdi kontekstində həll olunub. Əgər əsər yaddaşını itirib manqurta çevrilən nəslin faciəsindən, qədim yurd yerlərində salınan kosmodromla davam etməsindən bəhs edirsə, tamaşa yaddaşını könüllü itirənlərə, könüllü manqurta çevrilənlərə, əcdadlarının harada dəfn edilməsinin fərqində olmayan, genetik kodunun hansı torpağa aid edilməsini bilməyənlərə torpaq haqqında rəvayətdir.

“Əsrə bərabər gün” əcdadlarımızdan bizə gələn və bizdən sonra mütləq ötürüləcək bir az mistik, bir az fantastik, bir az da realist kontekstdə həll olunmuş rəvayətdir.

“Əsrə bərabər gün” əcdadlarının genetik kodlarını unudanlar haqqında ən uzun günün hekayəsidir.

Tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı (Yedigey), Əli Nur (Tansıkbayev-müstəntiq), Laləzar Mustafayeva (Ukubala), Cəfər Namiq Kamal (Müfəttiş), Bəsti Cəfərova (Nayman Ana), Rafiq Əzimov, Hacı İsmayılov (Nayman tayfa başçısı), Sabir Məmmədov (I Mühəndis), əməkdar artistlər Abbas Qəhrəmanov (Qazanqap), Elşən Rüstəmov (Abutalıb Kuttubayev), Anar Heybətov (Sabitcan), Vəfa Rzayeva (Zərifə), Ayşad Məmmədov (Ədilbəy), Elxan Quliyev (Əbilov), Mirzə Ağabəyli (Cumaəli), Əminə Babayeva (Bikə), Rövşən Kərimduxt (Kospan və Juanjuan tayfa başçısı), Aslan Şirin (Osman və şagird 3), Elşən Cəbrayılov (I hərbçi), Mətləb Abdullayev (II Hərbçi), Rəşad Bəxtiyarov (Juanjuan 2), Məzahir Cəlilov (Qəbilə sakini 1), Əlvida Cəfərov (Qəbilə sakini 2), Kazım Həsənquliyev (Yolçu qonaq 1), Elşən Cəbrayılov (baş mühəndis), Almaz Amanova (Baş nəzarətçi), Elnar Qarayev (Paritet kosmonavt 1-2), aktyorlar Şəhla Əliqızı (Ayzadə), İlyas Əhmədov (Ayzadənin əri), Afət Məmmədova (Əbilovun arvadı), Rüstəm Rüstəmov (Qalibbəy), Cavidan Novruzov (Leytenant Tansıkbayev), Cümşüd Zeynalov (trofim və yolçu qonaq 2), Ramin Şıxəliyev (Maşinist), Elçin Nurəliyev (I əsgər), Tural İbrahimov (II əsgər), Vüsal Mustafayev (Juanjuan 1), Elsevər Rəhimov (Manqurt 1), Elçin Nurəliyev (Manqurt 2), Tural İbrahimov (Manqurt 3), Dilarə Nəzərova (Nayman – qadınlar 1), Ləman İmanova (Nayman – qadınlar 2), Firuzə Balayeva (Nayman – qadınları 3), Elnur Qədirov (Paritet kosmonavt 2-1), Elçin Əfəndi (II Mühəndis), Lalə Süleymanova (Konvensiya əməkdaşı), Rada Nəsibova (Astronavt 1), Nəzrin Abdullayeva (Astronavt 2), Elsevər Rəhimov (Şagird 1), Ramin Şıxəliyev (Şagird 2), Aydan Həsənzadə (Şagird 4), Aylin Həşimova (Şərafət), Dilarə Məhərrəmli (Səulə), Rüzgar Qasımzadə (Ermek) və Amir Muradov (Daul) iştirak edirlər.

Səhnə əsərinin bəstəkarı Azər Hacıəsgərli, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Plastik həll Ceyhun Dadaşova, qrafika və montaj işi Binyamin Sailov, Tərlan Əsgərli və Ruslan Kərimova məxsusdur.

Tamaşanı Nərmin Həsənova, Ceyran Başaran və Dilbər İsmayılova idarə edib.




Baxış sayı: 55
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031