Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turnirində 3-cü döyüşünü keçirib.
Fact-info.az xəbər verir ki, 71 kq çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı 1/8 finalda ermənistanlı Qurqen Madoyanı sınağa çəkib.
Döyüş Əliyevin qələbəsi ilə yekunlaşıb. Boksçumuz 3:2 (28:29, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib.
Beləliklə, Nicat Hüseynovun (51 kq) ardınca Sərxan da erməni rəqibini mübarizədən kənarlaşdıraraq adını 1/4 finala yazdırıb.
Ona Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün cəmi 1 qələbə kifayət edəcək. Əliyev yarımfinala vəsiqə əldə etmək üçün qazaxıstanlı Aslanbek Şimbergenovla qüvvəsini sınayacaq.
Qeyd edək ki, 1/4 final görüşləri bu gün keçiriləcək.
Baxış sayı: 100
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
