FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Milanda “Şuşa. Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi açılıb
10-03-2024, 12:00 | MƏDƏNİYYƏT
Milanda “Şuşa. Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi açılıb

Milan şəhərində “Mezo Art” rəqəmsal incəsənət qrupu, İtaliyanın MEET Mədəniyyət Mərkəzi və “Cariplo” Fondunun birgə təşkilatçılığı ilə “Şuşa. Naxışların rəqsi” (“Shusha. Dance of symbols”) rəqəmsal sərgisinin açılış mərasimi keçirilib.

Fact-info.az xəbər verir ki, sərginin açılış mərasimində MEET Mədəniyyət Mərkəzinin qurucusu Maria Qratsia Mattei və müasir Asiya incəsənəti üzrə ixtisaslaşmış Çikaqodan olan kurator Culi Volş çıxış edərək “2024. İstanbul Rəqəmsal İncəsənət Festivalı” haqqında məlumat verib, bugünkü sərginin Azərbaycanın mədəni irsini rəqəmsal formata çevirməsi, incəsənət həvəskarlarını unikal səyahətə çıxarmağı barədə danışıblar.

“Şuşa” süni zəka layihəsinin yaradıcısı Nabat Qaraxanova layihənin ərsəyə gəlməsi barədə qonaqlara ətraflı məlumat verib, bu sərginin texnologiyanın sərhədlərini aşaraq Azərbaycanın tarixi və mədəni zənginliyini sənətsevərlərə təqdim etməsi, əsrlər boyu İpək Yolunu formalaşdıran mədəni təsirlərin rəqəmsal aləmə gətirilməsi, Azərbaycanın ənənəvi incəsənətini gələcəyə ötürməsi barədə danışıb.

Tədbirdə Azərbaycanın İtaliyadakı səfirliyinin, habelə Türkiyənin Milandakı Baş konsulluğunun nümayəndələri, İtaliyanın mədəniyyət, mətbuat və akademik dairələrinin əməkdaşları və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Martın 9-dək davam edəcək sərgidə “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsi əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş olunur.

Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkarlar və mühəndislər tərəfindən Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb.




Baxış sayı: 140
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30