FACT-INFO.AZ » CƏMİYYƏT » Əsrin Qəhrəmanı olan Komandan! 
9-03-2024, 16:00 | CƏMİYYƏT
Əsrin Qəhrəmanı olan Komandan! 

Yaşatdı xalqına böyük bir Zəfər, 

Zülmlərə qılınc çalan Komandan!

Ürəyi dağ boyda, ruhu göy qədər,

Könüllərə məlhəm olan Komandan!

 

Ata vəsiyyəti hasilə yetdi,

 Ulu Öndərimin ruhun şad etdi,

Dar gündə xalqına imdada yetdi,

Əsrin Qəhrəmanı olan Komandan!

 

Zalımı, haqsızı yerlərə sərdi,

Şaxtalı Şuşama bahar gətirdi,

Yalçın qayalarda çiçək bitirdi,

Xarı bülbülümə həyan, Komandan!

 

Arazdan su içdi Xudafərində,

Bizi salamladı Laçın elimdə,

Hoçaz, Qırxqız, İşıqlı, Güləbirdə,

Qalib kimi ayaq basan Komandan!

 

Bayrağı lütf etdi əmin əllərə,

Zəfər müjdələdi Turan Ellərə,

“Dəmir yumruq” düşüb dildən-dillərə,

Xalqımın Fatehi olan Komandan!

 

Xuramanam, dövlətimə əsgərəm!

Haqqın aşiqiyəm, Haqqa məşələm!

Turanın Ər Oğlu, Sən ey Möhtərəm

Xalqımıza Komandansan, Komandan!

 

Fevralın 7-də bütün ölkə ictimaiyyəti ümumxalq məhəbbəti və böyük ruh yüksəkliyi ilə İlham Əliyevə yekdilliklə səs verərək yüksək inam və sevgiylə Onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Səmimi etiraf edək ki, həm prezident seçkiləri ərəfəsində, həm də ötən ilin son günlərində Xankəndindən, Xocalıdan Türk dünyasını salamlayan Müzəffər Ali Baş Komandanımızın qürur dolu çıxışlarının təsiri ilə xalqımız bir daha qələbə ruhu ilə zəfər günlərinin sevincini yaşadı…

Qalib bir ölkənin vətəndaşı kimi bu günləri yaşamaq izaholunmaz dərəcədə möhtəşəm duyğudur… Bunu bütün varlığınla hiss etmək hətta qışın sərt çağları olsa belə ba- har kimi səadət gətirir adamın ömrünə… Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur…

Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur…

Həmin günlərdə Ali baş komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım xatirələrlə yaddaşımda iz qoydu…

Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda Cənab Prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” deyirdi.

Bu kadrları izləyəndə çox duyğulandım… Necə ki, övladımız bizə adımızı yox “Ana”, “Ata” deyə müraciət edir, həmin an anladım ki, Ali baş komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “Ata” deyə doğma səslənişi kimi…

Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 44 günlük böyük, şərəfli bir yol yürüdük… Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər…

Və İlham Əliyev müdrik siyasəti ilə bütün dünyaya bəyan etdi ki, O, mənfur qonşularımızın 200 illik torpaq iddialarını 20 il düşünüb-daşındı və 44 günün içində sülh yolu ilə tamamladı, uzaqgörən siyasəti, ağlı, müdrikliyi, cəsarəti, dünyagörüşü, mərhəməti, insansevərliyi ilə hər bir azərbaycanlının prezidenti olmağı bacardı…

İlham Əliyev şərəfli ömrünün 20 ilini millətinə, məmləkətinə fəda edən böyük ürəkli Türkdü... Ömrünün Cumhurbaşqanlığa adanmış 20 ilini Əsrə bərabər yaşamış Dahi İnsandı...

İlham Əliyev Müqəddəs Haqq Savaşının ən Böyük Mücahididi... İlham Əliyev Şuşa böyüklükdə Qalanın fatehidi... Bu məmləkətin Laçın, Xankəndi, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı, Füzuli boyda yarasını Bayraqla sarıyan şəfalı Təbibdi, Loğmandı... İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin adının haqqını verən Ali Baş Komandanıdır.

İlham Əliyev inanılmaz fiziki gücə və iradəyə sahib, son dərəcə savadlı, mədəni, alicənab, bilgiləri ilə bütün dünyaya meydan oxuyan Əfsanə kimi Adamdı...

İlham Əliyev sadəcə Şuşa fatehi, Qarabağın xilaskarı, Vətən savaşı Qəhrəmanı deyil - Könüllərimizin Fatehi və bizim hamımızın Qəhrəmanımızdğır...

İlham Əliyev Ulu Öndərin uca Türk Millətinə ən qiymətli Mirasıdır... İlham Əliyev bu xalqın Ər qeyrətli Atasıdır...

2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bu gün İlham Əliyev ümumxalq məhəbbəti qazanaraq xalqın böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib.

Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil. Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, daim Onunla qürur duyur.

 Türk dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, "Türk dünyası Onur", "Altın yıldız", "Humay" Milli Mükafatı laureatı, Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvü

Xuraman Muradova




Baxış sayı: 840
ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir Bu gün, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib Bu gün, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb Bu gün, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb Bu gün, 08:30 Şamaxıda zəlzələ baş verib Bu gün, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Dünən, 19:00 Miras Jienbayev: Azərbaycanın ŞƏT sammitində iştirakı onun regiondakı konstruktiv rolunu təsdiqləyir Dünən, 18:30 Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib Dünən, 18:00 Buxarada “Azərbaycan mədəniyyəti və sənəti günləri” keçiriləcək Dünən, 17:30 Dünya mediası Prezident İlham Əliyevin Bişkekdə Nikol Paşinyanla görüşünü diqqət mərkəzində saxlayıb Dünən, 11:00 Hikmət Hacıyevlə Alen Simonyan arasında görüş keçirilib Dünən, 10:00 Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir Dünən, 09:30 Ankarada "Kültür Yolu" Festivalının açılışı dahi Azərbaycan bəstəkarına ithaf ediləcək Dünən, 09:30 Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub 31-08-2026, 19:30 Türkiyə Azərbaycanla "yaşıl enerji" sektorunda əməkdaşlığı müzakirə edib 31-08-2026, 19:00 Mürəkkəb situasiyalardan xilas olmaq üçün imkanlar tükənməyib 31-08-2026, 17:30 Azərbaycan və Ermənistan liderləri TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə edib 31-08-2026, 16:00 Prezident İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib 31-08-2026, 14:30 On nəfər Azərbaycan gənci HTP çərçivəsində Latviyada təhsil alacaq 31-08-2026, 11:00 Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib 31-08-2026, 10:30 İran Prezidenti Məsud Pezeşkian: "Biz müharibə axtarışında deyilik" 31-08-2026, 10:00 Azərbaycan müdafiə naziri Türkiyədə hərbi məktəblərin buraxılış mərasimlərində iştirak edib 31-08-2026, 08:30 Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib 30-08-2026, 16:30 Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib 30-08-2026, 15:30 Medianın İnkişafı Agentliyi bəyanat yayıb 29-08-2026, 21:00 Səfir: Pakistan Azərbaycanın strateji mövqeyindən böyük fayda əldə edə bilər 29-08-2026, 10:30 Türkiyənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü Bakıda qeyd olunub 29-08-2026, 08:00 “New York Post”: Tramp administrasiyası Soros fondunun vergi yoxlamasını hazırlayır 29-08-2026, 08:00 “Euronews” Orta Dəhlizin inkişafında Azərbaycanın rolundan bəhs edən reportaj yayımlayıb 28-08-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930