FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Ermənilər hər zaman Azərbaycan xalçalarını özlərininki kimi qələmə veriblər
8-03-2024, 07:30 | MƏDƏNİYYƏT
Ermənilər hər zaman Azərbaycan xalçalarını özlərininki kimi qələmə veriblər

Azərbaycan xalçaçılıq məktəblərindən olan Qarabağ xalçaçılıq məktəbinin Laçın qrupuna aid məşhur “Qasımuşağı” xalçası növbəti dəfə sosial şəbəkələrdə erməni mədəniyyət nümunəsi kimi təqdim edilib.

Fact-info.az xəbər verir ki, məsələ ilə bağlı Abadlıq.az saytına danışan Əməkdar rəssam, Azərbaycan Milli Xalça Muzeyinin eksperti Məmmədhüseyn Hüseynov qeyd edib ki, şəkildəki element Azərbaycanın Qarabağ növünə aid olan “Qasımuşağı” xalçasındandır: “Qasımuşağı” əvvəlcə Laçında bərqərar olub, sonra yavaş-yavaş bütün Qarabağa yayılıb. Bu çeşnə həm Laçında, həm Zəngilanda, həm də Cəbrayılda çox toxunub. Toxucu kənarlarına kəsik versə də, elementin səkkizbucaqlı olduğu aydın görünür.

Səkkizbucaq olan element tam şəkildə müsəlman-türk mədəniyyətinə aiddir. Bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Ortadakı isə Oğuz damğasıdır. Bu damğaya “Pıtraq”, “Əqrəb”, yaxud da “Qarmaqlı” deyirlər.  Bu elementin türklərə aid olması bütün dünyada qəbul edilir.

Ermənilər hər zaman Azərbaycan xalçalarını özlərininki kimi qələmə veriblər. Amma onlar simvollardan, mənşədən xəbərsizdir. Qoyunçuluq mədəniyyəti bizə aiddir, onlar həmişə donuz otarıblar. Nə yun tanıyıblar, nə də rəng. Belə mənimsəmə halları tez-tez olur. Biz də lazımi qaydada cavab veririk”, - deyə ekspert bildirib.

Laçında fəaliyyət göstərən “İslimi” xalça mərkəzinin rəhbəri Bəhmən Hacıyevin sözlərinə görə, “Qasımuşağı” xalçalarının toxunma ənənəsi bu gün də yaşadılır: “Bu xalçalar aktuallığını indi də qoruyub saxlayır. Təkcə azərbaycanlılar deyil, xaricilər də “Qasımuşağı” xalçasına böyük maraq göstərir. Xalçaçı-rəssam və toxucularımız tələbatı nəzərə alaraq sözügedən nümunəyə tez-tez müraciət edirlər. Öz fərqliliyi ilə seçilən “Qasımuşağı” Azərbaycan xalçaçılığında mühüm yer tutur”, - deyə o qeyd edib.




Baxış sayı: 185
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30