Baş nazir Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətinin dondurulması barədə səsləndirdiyi bəyanat siyasi manipulyasiya xarakteri daşıyır. Çünki KTMT-nin nizamnaməsində hər hansı bir üzv dövlətin fəaliyyətinin dondurulması məsələsi əks olunmayıb. Nizamnaməyə əsasən, üzv dövlət təşkilatdan çıxa və yaxud fəaliyyətini davam etdirə bilər.
Fact-info.az xəbər verir ki, bu fikirləri “Valday” klubunun proqram direktoru, Rusiyanın tanınmış politoloqu Timofey Bordaçev “Взгляд” qəzetinə müsahibəsində deyib.
Politoloq diqqətə çatdırıb ki, N.Paşinyan, sadəcə olaraq, üzv dövlətlərə təşkilatın işində Ermənistanın iştirak etməyəcəyini bildirib. Onun bəyanatı hüquqi deyil, siyasi xarakter daşıyır və bununla da N.Paşinyan Qərbə sığınaraq onu regiona cəlb etməyə çalışır. “Ermənistanın KTMT-də fəaliyyətini dondurub” deməklə N. Paşinyan Rusiya başda olmaqla, digər üzv dövlətlərə qarşı bəslədiyi münasibəti xarakterizə edib. Rəsmi İrəvan belə bəyanatlarla Qərbə “xoş mesajlar” ötürməklə məşğuldur”, - deyən politoloq vurğulayıb ki, Azərbaycan təzyiq göstərərək Ermənistanı sülh müqaviləsi imzalamaq istiqamətində addımlar atmağa məcbur etmək istəyir. Ermənistan isə müstəqil addım ata bilmədiyini ortaya qoyur.
Baxış sayı: 75
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
