FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət
6-03-2024, 20:00 | TƏDQİQATLAR-ANALITIKA
Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşlığı çərçivəsində martın 6-da “Soyqırımı cinayətinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda dəyirmi masa keçirilib.

Hüquq və İnsan Haqları İnstitutundan  Fact-info.az-a verilən məlumata görə, tədbirdə çıxış edən institutun idarə heyətinin sədri Məhəmməd Quluzadə bildirib ki, tarix boyu azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı törədilən faciələr və soyqırımları barədə faktları dünya ictimaiyyətinə çatdıran və cinayətkarları ifşa edən onlarca tədqiqat işi institut tərəfindən hazırlanıb.

Vəkillər Kollegiyası Akademiyasının rektoru professor Əmir Əliyev çıxışında bildirib ki, xalqımıza qarşı ağır cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılıb.

Tədbirdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, İstanbul Universitetinin Hüquq fakültəsinin professoru Fethi Gedikli, Ankara Universitetinin professoru Cavid Abdullazadə, ANAMA-nın nümayəndəsi Fərhad İsayev, BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev, Cinayət hüququ və kriminologiya kafedrasının müdiri Şəhla Səmədova, Hüquq fakültəsinin dosenti Əlövsət Allahverdiyev, Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova və Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı İlham Əliyev mövzu ilə bağlı çıxış ediblər.

Müzakirələr zamanı “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyanın müddəaları təhlil olunub, həmçinin müasir şəraitdə soyqırımı törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mexanizmlərinə toxunulub.




Baxış sayı: 80
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30