FACT-INFO.AZ » XƏBƏR » Karlton Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
6-03-2024, 10:00 | XƏBƏR
Karlton Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Fact-info.az xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Kanadanın Azərbaycanlı Tələbələr Assosiasiyası”nın təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əslən Qarabağdan olan Toronto şəhər Təhsil Mərkəzinin Xarici Dillər Bölməsinin Azərbaycan dili sinfinin rəhbəri Yeganə Cəfərova Xocalı soyqırımı haqqında məlumat verib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi soyqırımı törədilib. 613 dinc sakinin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi və 1275 sakinin girov götürüldüyü Xocalı qətliamının soyqırımı kimi tanınması və cinayətkarların ədalət mühakiməsinə çıxarılmasının vacibliyi də xüsusi olaraq vurğulanıb.

Azərbaycanın haqq səsini Kanada ictimaiyyətinə çatdırmaq məqsədilə təşkil olunmuş tədbir zamanı müxtəlif etnik mənsubiyyətə malik tələbələr və universitetin müəllim heyəti eşitdikləri faktlar qarşısında təəccüblərini və kədərlərini gizlədə bilməyiblər.

Sonda Xocalı həqiqətlərini və Azərbaycanın işğaldan azad edilmiş rayonlarında erməni vandalizmini əks etdirən fotosərgi nümayiş olunub.




Baxış sayı: 125
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30