Azərbaycanlı fotoqraf Cənubi Koreyanın Yeonguol şəhərində keçirilən “DongGang-2023” beynəlxalq fotofestivalında ölkəmizi təmsil edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən Fact-info.az-a bildirilib ki, dünyanın müxtəlif ölkələrindən “DongGang-2023” beynəlxalq fotofestivalında iştirak etmək üçün çoxsaylı müraciətlər daxil olsa da, festivalda yalnız xüsusi istedada malik 19 fotoqrafın fotoları sərgilənir. Onların sırasında Türkiyədə yaşayan azərbaycanlı fotoqraf Nurlan Tahirli də var. Soydaşımızın Şuşada lentə aldığı “Natəvanın sarayında panoramik pəncərələrdən mənzərə” və “Üzeyir Hacıbəylinin güllələnmiş heykəli” fotoları sərgidə nümayiş olunur.
Hər il fərqli mövzularda keçirilən festivalın budəfəki mövzusu “Sehrli naməlumlar”dır (The Magical Unknowns). Fotolar “DongGang” Fotoqrafiya Muzeyinin yaxınlığında açıq səma altında sərgilənir.
Festivalın iyunadək davam etməsi nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəticəsi olan Nurlan Tahirli son illər müxtəlif beynəlxalq müsabiqələrdə laureat adını qazanıb, çoxsaylı diplom və mükafatlara layiq görülüb.
Baxış sayı: 75
Presidents Ilham Aliyev and Serdar Berdimuhamedov viewed bullet-riddled busts of Azerbaijan’s prominent figures in Shusha
Environmental Protection First Coalition appeals to participants of COP17 summit to be held in Armenia
President: We will never forget what Armenian occupational forces have done to our people
Participants of Coordination Headquarters meeting view intensive horticulture farms in Khojaly district
Azerbaijan, Uzbekistan sign documents with participation of both countries’ PMs
