FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri çapdan çıxıb
4-03-2024, 14:00 | MƏDƏNİYYƏT
“Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri çapdan çıxıb

AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri nəşr olunub. Kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, redaktoru dosent Əziz Ələkbərli, I cilddəki folklor örnəklərini toplayanlar dosent Ləman Vaqifqızı (Süleymanova) və Məhsəti Süleymanova, tərtibçisi Ləman Vaqifqızı, II cildi toplayıb tərtib edən dosent İlkin Rüstəmzadədir.

Fact-info.az-a İnstitutdan bildirilib ki, cildlər Şəki, Biləsuvar, Salyan, Sabirabad və Bərdə rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikası və Bakı şəhərində məskunlaşmış qərbi azərbaycanlılardan toplanmış folklor örnəkləri əsasında tərtib olunub. Materialların böyük əksəriyyəti 2023-cü ildə toplandığı üçün bölgə folklorunun müasir durumu, deportasiyanın bölgədəki folklor mühitlərinə vurduğu zərər haqqında aydın təsəvvür yaradır. Müxtəlif bölmələrdən ibarət olan hər iki cilddə Qərbi Azərbaycan sakinlərindən toplanmış əfsanə və rəvayətlər, nağıllar, lətifələr, inanclar, bayatılar, nəğmələr, uşaq oyunları yer alıb. Folklor toplamaları zamanı məlum olub ki, keçən əsrin 50-ci illərində bölgədən deportasiya olunmuş sakinlərin əksəriyyəti bölgəni səthi xatırlayır, yalnız ata-anasından eşitdiyi məlumatları çatdırır. Amma 1988-1989-cu illərdə deportasiya olunmuş əhalidə bölgə haqqında xatirələr hələ də canlılığını qoruyub saxlayıb, onlardan bölgədəki məkan və yer adları, ziyarətgahlar haqqında maraqlı məlumatları yazıya almaq mümkündür.

Folklor toplamaları göstərir ki, insanlar arasında savadlılıq artdıqca onlar mədəni ehtiyaclarını təkcə şifahi deyil, həm də yazılı mənbələr vasitəsilə ödəyirlər. Bu hal təhsilli şəxslər arasında özünü daha qabarıq göstərir. Onlar özlərinin bədii maraqlarını kitab vasitəsilə təmin edir, kitabdan öyrəndikləri rəvayətləri yeri gəldikdə başqalarına da söyləyirlər. Nəticədə bu gün şifahi ənənə təkcə ağızdan-ağıza ötürülərək gələn nümunələr hesabına deyil, həm də yazılı mənbələr hesabına formalaşır, yazılı mənbələrdən alınmış mətnlərin şifahi ənənədə çəkisi günü-gündən artır. Kitab mənşəli mətnlər şifahi ənənəyə daxil olaraq onu zənginləşdirir, daha da çeşidləndirir. Əslində həmin süjetlərin özləri də vaxtilə şifahi ənənədən yazıya alınıb, təkrar epik dövriyyəyə qayıtmaqla onlar yenidən özlərinin şifahi həyatlarını yaşamağa başlayır. Bu baxımdan, oxuculara təqdim olunan bu kitab yazılı mədəniyyətin şifahi ənənəyə təsirini öyrənmək üçün zəngin material verir.

Beləliklə, Qərbi Azərbaycan folkloruna dair yuxarıda qeyd olunan məsələlər, həm də bölgənin etnoqrafik həyatı, Qərbi Azərbaycandakı toponimlər, nəsillər və tayfalar, onların tarixi, deportasiya zamanı çəkdiyi müsibətlər, ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələr haqqında daha ətraflı məlumat əldə etmək üçün Folklor İnstitutunun oxuculara təqdim etdiyi bu kitablar zəngin material verir.




Baxış sayı: 130
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30