Göycay şəhərinin 6 sayli məktəbin nəzdində Şəhid muzeyi yaradılıb. Muzey həmin məktəbin yenə də ilk olaraq təsis edilmiş Məzunlar Birliyinin təşəbbüskarliğı və dəstəyi ilə formalaşıb. Muzeydə qəhrəman Şəhidlərimizin fotoşəkilliəri, şəxsi əşyalari, kecdikləri həyat və döyüş yollari barədə məlumatlar, eksponatlar toplanıb.
Pediartik Kardiologiya və Revmotologiya İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva Fact-info.az-a muzey haqqında bunları bildirib: "Həm QHT sədri , həm də bilavasitə həmin məktəbin məzunu kimi bu təbdirdə iştirak etmək həm böyük etimad həm də qürurludur. Muzeyin açışında yerli icra hakimiyyəti orqanlarinin nümayəndələri, Şəhidlərin doğmaları, qazilər, media nümayəndələri, məktəblələr iştirak etdilər. Şəhid muzeyinin yaradılmasi Vətən yolunda canlarindan keçmiş bu qəhramanların xatirəsinə böyük hörmət və ailələri ücün bir təsəllidir. Digər tərəfdən gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasinda cox böyük rolu olacaq. Tədbirdə məktəb şagirdləri şeir səsləndirdilər. Məzunlar Birliyinin üzvləri, şəhid ailələri, qazilərimiz və digər qonaqlar çıxış etdərək şəhidlərimizə ehtiramlarını bildirdilər".
QHT sədri daha sonra bildirdi ki, 1918-ci ildə Göycayda rus bolşevik və erməni daşnak ordularini darmadagin etmiş xilaskar Nuru Paşanin qəhrəman əsgərlərinin əbədi xatirəsinə böyük hörmət və sayğinin simvolu olaraq üzərində abidə ucaldilmlş şəhid türk əsgərinin məzarını və həmçinin Göyçay Şəhidlər Xiyabanını ziyarət etdik.
Fact-info.az
Baxış sayı: 420
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President

