FACT-INFO.AZ » SİYASƏT » Ekspert: Fransa sülhdən danışır, amma real hərəkətləri ilə müharibəni təşviq edir
2-03-2024, 10:30 | SİYASƏT
Ekspert: Fransa sülhdən danışır, amma real hərəkətləri ilə müharibəni təşviq edir

Fransa və onun əhatə dairəsində olan Qərb mərkəzlərinin davranışları məkrlidir. Onlar yaşadığımız regionda mövcud olan münaqişələrin söndürülməsi, sülhün yaradılması üçün çalışdıqlarını deyirlər və bu yöndə intensiv müzakirələr keçirirlər. Amma real addımları ilə münaqişələri qızışdırırlar, sülhün əldə edilməsinə mane olurlar. Ermənistanla Azərbaycan arasında mövcud olan durum bu mənada gerçək bir nümunədir. İki ölkə öz arasında sülh razılaşması imzalamağa çox yaxın olduğu bir vaxtda kənar müdaxilələr prosesi pozdu. Fransa Prezidenti Emmanuel Makron Ermənistanın baş naziri Nikol Paşinyanla sövdələşərək, onun sülh əleyhinə addımlar atmasını stimullaşdırdı. Əvvəlcə Avropa İttifaqı (Aİ) adından Ermənistana “mülki missiya” adlandırılan heyət göndərildi. Amma bu missiyanın mülki libaslı hərbi kontingent olduğu üzə çıxdı. Başa vurduğumuz fevral ayında isə Fransanın Ermənistanı hərbi texnika, hətta müasir raket sistemləri ilə təmin etməsi üçün müqavilə imzalandı. Görünən budur ki, Fransa və bəzi Qərb dairələri Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə hazırlayırlar. Bununla da yaradılacaq gərginlik fonunda Cənubi Qafqaza daxil olub burada öz maraqlarını təmin etməyə çalışırlar.

Fact-info.az-ın  məlumatına  görə, bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O, bildirib ki, Fransa və onun Avropa İttifaqındakı tərəfdarları bu kontekstdə həm də ciddi informasiya savaşı aparırlar. Onlar özlərinin real niyyətlərini gizlətməyə, mövcud problemlərə görə başqalarını günahlandırmağa səy göstərirlər. Son iki həftə ərzində bu yöndə proseslər daha da intensivləşib. Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell şayiə xarakterli bəyanat yayaraq, Azərbaycanın guya Ermənistan torpaqlarını işğal etməyə hazırlaşdığını bildirib. Heç bir sənəd, sübut olmadan, əsaslandırma vermədən yayılan bu bəyanat beynəlxalq ictimai rəyi çaşdırmağa hesablanıb. Fransa və Aİ-nin planları gələcəkdə Cənubi Qafqazda yarana biləcək gərginliyə görə Azərbaycanı təqsirkar göstərmək niyyəti güdür.

“Təəssüf doğuran məqamlardan biri də odur ki, Qərb mediası bu cür riyakar siyasi oyunlarda alət kimi çıxış edir. Həqiqətləri yazmaq, göstərmək əvəzinə, vəziyyəti gərginləşdirir. Onların araşdırmalı, aydınlıq gətirməli olduqları məqamlar çoxdur. Məsələn, araşdıra bilərlər ki, Fransa və ya Avropa İttifaqı Ukraynanın ərazi bütövlüyü uğrunda savaşını dəstəklədikləri halda, eyni savaşa görə Azərbaycanı nə üçün qınaq hədəfinə çevirirlər? Ərazi bütövlüyünü təmin etdiyinə görə Azərbaycanı günahlandırmaqda nə məqsəd güdürlər? İslamofob düşüncə ilə prosesləri hara sürükləyirlər? Fransa və tərəfdarları öz maraqlarını təmin etmək naminə qeyri-ənənəvi, hüquqazidd metodlardan faydalanırlar. Bununla da nəinki regionda, bütün dünyada yanlış tendensiyaların əsasını qoyurlar”, - deyə M. Ələsgərli vurğulayıb.




Baxış sayı: 60
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30