FACT-INFO.AZ » SİYASƏT » Beynəlxalq arenada Azərbaycana artan marağın və etimadın göstəricisi
1-03-2024, 15:30 | SİYASƏT
Beynəlxalq arenada Azərbaycana artan marağın və etimadın göstəricisi

Builki Münxen Təhlükəsizlik Konfransı ölkəmiz üçün çox məhsuldar keçdi. Prezident İlham Əliyevin Münxendə çoxsaylı nümayəndə heyətləri ilə görüşləri, Kansler Olaf Şoltsun dəvəti ilə Ermənistanın baş naziri ilə görüş və ardınca Almaniya XİN-in dəvəti ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Berlin görüşü son seçkilərdən sonra ölkəmizə artan marağın və etimadın göstəricisi sayıla bilər. Konfransdan demək olar ki, dərhal sonra Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri də bunu bir daha sübut edir.

Fact-info.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

O, deyib ki, Mixael Harmsın Prezident İlham Əliyevlə Münxendə keçirdiyi görüş fevralın 28-də Bakıda davam etdirildi. Görüşdə Almaniya – Azərbaycan iqtisadi-siyasi əlaqələri ilə yanaşı, Azərbaycan–Avropa əlaqələrinə də münasibət bildirildi. Ölkə Prezidenti Azərbaycan–Almaniya münasibətlərində qarşılıqlı iqtisadi maraqların həmişə üstünlük təşkil etdiyini və Fransadan fərqli olaraq Almaniyanın bölgəmizdəki siyasi proseslərə təmkinli və balanslı yanaşdığını qeyd edib. Dövlətimizin başçısı son 30 il ərzində bölgəmizdə baş verən hadisələr, torpaqlarımızın işğalı, uzun illər ərzində işğal faktına Avropa İttifaqının biganə və qərəzli münasibəti haqqında nümayəndə heyətinə məlumat verib. Avropa İttifaqının bəzi məmurlarının, o cümlədən Cozef Borrelin və Fransa prezidenti Emmanuel Makronun ölkəmizə qarşı qərəzli münasibəti, Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsinə mane olmaq cəhdləri haqqında danışan Prezident İlham Əliyev Avropa İnstitutlarının Cənubi Qafqaz bölgəsinin dövlətlərinə ikili standartlar əsasında yanaşmasını tənqid edib. Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında ölkəmizə qarşı qərəzli münasibətin formalaşdırılmasında bəzi alman deputatların da iştirak etdiyini vurğulayıb və qeyd edib ki, AŞPA-da ölkəmizə qarşı münasibət dəyişmədiyi halda Azərbaycan bu təşkilatdan çıxmaq haqqında məsələni müzakirəyə gətirə bilər.

“Şərq Komitəsinin sədri ilə görüşdə Prezident İlham Əliyev tərəfindən səsləndirilmiş fikirlər Almaniya–Azərbaycan münasibətləri çərçivəsindən daha geniş mövzuları əhatə etməklə əslində Avropa İttifaqının bəzi institutlarından ölkəmizə qarşı yönələn təzyiqlərə cavabı özündə əks etdirdi. Dövlətimizin başçısının çıxışında Avropa –Azərbaycan münasibətlərində mübahisəli məsələlərlə bağlı dövlətimizin mövqeyi haqqında açıq və aydın mesajlar verildi. Prezident İlham Əliyevin mesajlarından çıxan və çıxarılmalı olan nəticə isə ondan ibarətdir ki, qarşılıqlı münasibətlərin faydalı və işgüzar məcraya yönləndirilməsi üçün Avropa İttifaqının müxtəlif qurumları tərəfindən Azərbaycana qarşı əsassız iddialara və təzyiq cəhdlərinə son qoyulmalıdır”, - deyə deputat vurğulayıb.




Baxış sayı: 155
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30