Azərbaycan Ombudsmanı İkinci Qarabağ müharibəsi dövründən başlayaraq, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən cinayətlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində geniş fəaliyyət həyata keçirir, bu mövzu ilə əlaqədar hesabatlar hazırlayaraq insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara ünvanlayır.
Fact-info.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.
2023-cü ildə bu fəaliyyətin davamı olaraq, Ombudsman tərəfindən Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər və beynəlxalq hüququn pozulması faktlarını özündə ehtiva edən 3 geniş hesabat hazırlanaraq yerli ictimaiyyətin və aidiyyəti beynəlxalq təşkilatların diqqətinə təqdim olunub.
Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, eyni zamanda beynəlxalq humanitar hüququn pozulması hallarının sübutu olan kütləvi məzarlıqların aşkarlanması faktları nəzərə alınaraq, Ombudsmanın Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi dəfn yerləri ilə bağlı xüsusi hesabatı hazırlanmış, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunub. Həmin hesabatda azərbaycanlılara məxsusluğu təsdiq olunmuş insan qalıqlarının qeyri-insani formada dəfn edilməsinə dair müstəqil yerində araşdırmanın nəticələri, çoxsaylı fotosübutlar yer almış, eyni zamanda beynəlxalq hüququn bu sahəyə aid tələbləri ilə bağlı məlumatlar öz əksini tapıb
Yekunda itkin düşmüş soydaşlarımızın taleyinə aydınlıq gətirilməsi, sağ qalanların Azərbaycana təhvil verilməsi, qətlə yetirilənlərin isə kütləvi dəfn olunduğu yerlər barədə məlumatların təqdim edilməsi, həmçinin mina basdırılmış ərazilərin dəqiq xəritələrinin verilməsi və Ermənistan hərbi-siyasi rəhbərliyi ilə bağlı hüquqi məsuliyyət tədbirlərinin görülməsi üçün qəti mövqe göstərilməsi ilə bağlı dünya ictimaiyyətinə çağırış ünvanlanıb.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
