FACT-INFO.AZ » XƏBƏR » Ramil İskəndərli: BMT-nin sessiyasında minaların təmizlənməsi məsələsində beynəlxalq dəstəyin vacibliyini diqqətə çatdırdım
29-02-2024, 08:30 | XƏBƏR
Ramil İskəndərli: BMT-nin sessiyasında minaların təmizlənməsi məsələsində beynəlxalq dəstəyin vacibliyini diqqətə çatdırdım

İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 55-ci sessiyasının birinci günü - fevralın 26-da tədbirə onlayn qatıldım. Sessiya çərçivəsində “İnsan hüquqlarının tətbiqi” mövzusunda panel müzakirələrdə ilk dəfə olaraq “Əlilliyin olan şəxslərin iştirakçılığı və inklüzivliyi” məsələsi gündəmə gətirildi. Prosedura uyğun olaraq müzakirələrdə QHT nümayəndələrinə danışmaq üçün söz verilir. Mən Azərbaycanın ərazilərində basdırılmış mina və digər silah-sursatın partlayışı nəticəsində mülki insanların həlak və əlil olduqlarını diqqətə çatdırdım. Bildirdim ki, mina nəticəsində əlil olan vətəndaşlarımızın hüquqları müdafiə edilməli və mina terroruna son qoyulmalıdır.

Çıxışımda vurğuladım ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terroru əlil olan insanların sayının artmasına gətirib çıxarmaqla bərabər, keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdış prosesinə də maneçilik törədir.

Minaların təmizlənməsi məsələsində beynəlxalq dəstəyin vacibliyini xüsusilə diqqətə çatdırdım. Mənim mina terroru ilə bağlı çıxışım BMT-nin rəsmi saytında da yerləşdiriləcək. Bu da o deməkdir ki, istənilən ölkə, istənilən təşkilat Azərbaycanda mina problemi barədə ətraflı məlumat almış olacaq.

Fact-info.az-ın məlumatına görə,  bu fikirləri AZƏRTAC-a açıqlamasında Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli söyləyib.

QHT sədri 6 həftə davam edəcək beynəlxalq tədbirdə dövlət və hökumət rəsmiləri ilə bərabər, BMT-nin funksionerləri, komitə və qurum rəhbərləri, beynəlxalq təşkilatlar, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələrinin də iştirak etdiklərini bildirib: “QHT-lər arasında bu qəbildən olan görüşlərdə BMT-nin İqtisadi və Sosial Şurasının ümumi və məsləhət statuslu üzvlərinin iştirak etmək hüququ vardır. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi bu statusu 2023-cü ilin dekabr ayında qazanıb. Birliyimizin bu statusa uyğun olaraq, BMT və onun qurumları çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək hüququ vardır”.

Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri gələn həftədən 55-ci sessiyanın iclasında birbaşa iştirak edəcəyini, mötəbər tədbirdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqımızı narahat edən problem barədə tədbirdə təmsil olunan rəsmiləri, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyəti təşkilatlarını ətraflı məlumatlandıracağını bildirib.

“Məndən sonra bəzi lider ölkələrin nümayəndələri çıxış etdilər. Çıxışımdan təsirlənən digər natiqlər də mina terroru nəticəsində əlil olan insanların taleyi ilə bağlı narahatlıqlarını dilə gətirdilər. Düşünürəm ki, mina terroru ilə bağlı Azərbaycan QHT nümayəndəsinin çıxışı altı həftə davam edəcək sessiyanın gedişinə öz təsirini göstərəcək. Bu təsirin qəbul olunmuş qərar və sənədlərdə öz əksini tapacağına şübhə etmirəm”, - deyə Ramil İskəndərli vurğulayıb.




Baxış sayı: 115
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30