FACT-INFO.AZ » XƏBƏR » "Ermənistanın şərtlərimizi qəbul etməkdən başqa yolu yoxdur"
28-02-2024, 14:00 | XƏBƏR
"Ermənistanın şərtlərimizi qəbul etməkdən başqa yolu yoxdur"

"Ermənistan Baş naziri Nikol Paşinyanın Paris görüşləri erməni mətbuatında böyük uğur kimi təqdim olunur. Xüsusilə Emmanuel Makronun hərbi dəstəklə bağlı səsləndirdiyi açıqlamaları həm Paşinyana, həm də Ermənistan cəmiyyətinə yeni ruh verib. Paşinyanın özündən daha tez Fransa müdafiə nazirinin Ermənistana gəlişi isə erməni cəmiyyətinin növbəti dəfə eyforiyaya qapılmasına səbəb olub. Lakin bütün bunların bölgəmizdə gedən proseslərə və mövcud gerçəkliyə heç bir təsiri yoxdur və olmayacaq. Bunu Prezident İlham Əliyev də dünən Xocalı sakinləri ilə görüşündə bir daha təsdiq etdi". Bu sözləri  Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

"Ölkə başçısı bildirib ki, Ermənistanın bizim şərtlərimizi qəbul etməkdən başqa yolu yoxdur. Bu tələbin qarşısında nə Fransanın "Bastion"ları, nə Hindistan raketləri, nə də antikvar Rusiya silahları dayana bilər. Çünki Ermənistan 10 noyabr 2020-ci il bəyanatı ilə üzərinə öhdəliklər götürüb və gec və ya tez bu öhdəlikləri yerinə yetirməlidir. Digər tərəfdən Ermənistanın silahlanma cəhdləri onun bəyan etdiyi sülh gündəliyi ilə ziddiyyət təşkil edir",- deyə o əlavə edib.

Deputat bildirib ki, hətta Ermənistanla silahlanma yarışına çıxsaq belə Ermənistanın onsuz da kasad olan büdcəsi bu təzyiqə davam gətirə bilməz və ölkə defolta uğraya bilər: "Ermənistan Ukrayna deyil. Onun Ukrayna qədər potensialı və dəstəyi yoxdur və heç zaman da olmayacaq. Ona görə Ermənistanın silah alışları ilə bağlı öyünməsi onun təhlükəsizliyini heç də gücləndirmir, əksinə Azərbaycanı öz üzərinə hücuma sövq edir. Əgər hadisələr bu istiqamətdə inkişaf edərsə, Ermənistanın müstəqil dövlət kimi mövcudluq məsələsi gündəmə gələ bilər".




Baxış sayı: 180
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30