FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri”
28-02-2024, 14:00 | TƏDQİQATLAR-ANALITIKA
“Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə fevralın 28-də Bakıda “Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri” mövzusunda tədbir keçirilib.

Fact-info.az  xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Mətin Məmmədlinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən BMTM—in İdarə Heyətinin sədri Fərid Şəfiyev yeni dünya nizamının formalaşmaqda olduğunu, Azərbaycanın bu sistemdə yer alması istiqamətində müəyyən hədəflərin qarşıya qoyulduğunu diqqətə çatdırıb. O, Azərbaycanın Qərbdən və dünyadan təcrid olunmadığını, Cənubi Qafqazda sülhün təminatı istiqamətində təşəbbüslərini davam etdirdiyini vurğulayıb. Ölkəmizin hər zaman regionda sülhün və sabitliyin təmin edilməsinin tərəfdarı olduğunu bildirən BMTM-nin rəhbəri deyib ki, sülh üçün, ilk növbədə, Ermənistanın ərazi iddiaları ilə bağlı fikirləri gündəmdən çıxmalıdır.

Fərid Şəfiyevin sözlərinə görə, Ermənistanın ölkəmizə qarşı etdiklərinin müqabilində təzminat məsələsi həll olunmalıdır.

O, ölkəmizin dörd beynəlxalq məhkəmədə bununla bağlı iddia qaldırdığını da diqqətə çatdırıb. “Ermənistan təcavüzkar ölkə olsa da, Avropanın və dünyanın gözündə özünü qurban kimi qələmə verməyə çalışır”, -deyə Fərid Şəfiyev əlavə edib.

Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Musa Qasımlı Ermənistanın sülhdə maraqlı olmaması məsələsinə aydınlıq gətirərək, Azərbaycandan fərqli olaraq, Ermənistan heç vaxt müstəqil siyasət yürüdə bilmədiyini deyib. “Bu ölkə siyasi konyunkturanın dəyişməsini gözləyir. Ermənistan sülhdə maraqlı deyilsə, bu məsələni zamana buraxmaq lazımdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, qəbul edilən qərarlar, imzalanan sənədlər xalqımızın və dövlətimizin maraqlarına uyğun olmalıdır”.

Azərbaycan-Ermənistan münasibətlərinin region çərçivəsindən daha geniş spektrdə olan bir məsələ olduğunu qeyd edən professor deyib: "Ermənistan bizimlə münasibətlərin normallaşmasında, delimitasiya və demarkasiya məsələlərinin həll olunmasında maraqlı deyilsə, onun niyyətinin nə olduğu maraq doğurur.

Biz Qərbdən və dünyadan təcrid olunmamışıq. Azərbaycan hər zaman konkret və preventiv siyasət yürüdür və bundan sonra da yürüdəcək.

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru Səbinə Qaraşova da Ermənistan Azərbaycana təzminat ödəməyə borclu olduğunu bildirib. Qeyd edib ki, Ermənistan müharibədən məğlub çıxmış ölkə olsa da, imkanları az deyil. Əgər imkanı yoxdursa, bu ölkə böyük ordunu necə saxlaya bilir? Ermənistan Azərbaycana təzminat ödəməyə məcburdur.

Zəfərimizdən sonra ermənilərin Miatsum ideyasının artıq iflasa uğradığını vurğulayan S.Qaraşova bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa etməsi sülh prosesinin gedişatında bir sıra mühüm amilləri ortaya çıxarıb.

O deyib: “Yeni dünya nizamı formalaşır. Azərbaycan da öz reallıqlarını yaradıb. Cənubi Qafqazda sülhün təmin olunması üçün nəqliyyat-kommunikasiya xətləri açılmalı, müxtəlif istiqamətlər üzrə əməkdaşlıq əlaqələri formalaşmalıdır”.

Sonra çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Cavid Vəliyev və digərləri mövzu ilə bağlı fikirlərini söyləyiblər.

Çıxışlardan sonra Cənubi Qafqaz regionundakı vəziyyət, münasibətlərin perspektivləri, bölgədə davamlı sülhün dəstəklənməsi, regional əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Baxış sayı: 145
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30