FACT-INFO.AZ » XƏBƏR » Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb
28-02-2024, 08:00 | XƏBƏR
Azərbaycanın Xocalı soyqırımı ilə bağlı Baş katibə göndərdiyi məktub BMT-nin rəsmi sənədi kimi yayılıb

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin 16 fevral 2024-cü il tarixli Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı qurumun Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.

Fact-info.az xəbər verir ki, sənəddə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı rayonunun 63-ü azyaşlı, 70-i qoca olmaqla 613 sakinin vəhşicəsinə qətlə yetirildiyi bildirilib.

Məktubda xatırladılıb ki, Azərbaycan Ordusu 2020-ci ilin payızında həyata keçirdiyi əks-hücum əməliyyatı, habelə ötən ilin sentyabrın gerçəkləşdirdiyi antiterror tədbirləri nəticəsində ərazilərin otuzillik işğalına son qoyulub.

“Azərbaycanın işğaldan azad edilmiş yüzlərlə şəhər, qəsəbə və kəndləri arasında indi tədricən həyatın qayıtdığı Xocalı da var idi. Azad edilmiş ərazilər vəhşiliklərin miqyasını, insan iztirablarını üzə çıxarıb. Bu ərazilərdə tapılan kütləvi məzarlıqlar Azərbaycanın mülki əhalisinin və beynəlxalq humanitar hüquqla qorunan digər şəxslərin qəsdən öldürülməsini təsdiqləyir”, – sənəddə diqqətə çatdırılıb.

Bildirilib ki, “Ermənistan Xocalı qətliamını və öz qüvvələri, agentləri və məsul şəxsləri tərəfindən törədilmiş çoxsaylı hərbi cinayətlərin günahkarlarını məsuliyyətə cəlb etməkdən imtina edir”.

Qeyd olunub ki, bu xüsusda Ermənistanın hərəkətsizliyi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. Yaşar Əliyev nəql edib ki, İrəvanın bu fəaliyyətsizliyi cəzasızlığı möhkəmləndirir və bölgədə çoxdan gözlənilən sülhə təhlükə yaradır. Sənəddə qeyd olunub ki, bu xüsusda BMT-nin və bütövlükdə beynəlxalq ictimaiyyətin vəhşilikləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında israrlı olması vacibdir.

“Azərbaycan cəzasızlığa son qoymaq və regionda sülh və sabitliyin möhkəmləndirilməsi və qorunması istiqamətində səylərini davam etdirmək əzmindədir”, – məktubda vurğulanıb.




Baxış sayı: 90
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30