FACT-INFO.AZ » XƏBƏR » "Xocalı soyqırımı Azərbaycana və bütün dünyaya qarşı cinayətdir" - Səfir
27-02-2024, 14:00 | XƏBƏR
"Xocalı soyqırımı Azərbaycana və bütün dünyaya qarşı cinayətdir" - Səfir

"Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir".

Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycanın Səudiyyə Ərəbistanı və Bəhreyndəki səfiri Şahin Abdullayevin “The Daily Tribune” qəzetində dərc olunan məqaləsində qeyd olunub.

“Azərbaycanlılar 200 il ərzində erməni milli şovinistləri tərəfindən etnik təmizləmə və soyqırımına məruz qalıb. Ermənistanın işğalı nəticəsində azərbaycanlılar tarixi torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevriliblər. O vaxt Xocalını işğal etmiş Ermənistan Qarabağ regionunun digər ərazilərini, strateji yüksəklikləri də ələ keçirməyə çalışırdı”, - səfir vurğulayıb.

Ş.Abdullayevin sözlərinə görə, Xocalıda baş verən hadisələr əsl qırğın və qətliam idi:

“Birincisi, Xocalı mülki əhalinin yaşadığı şəhər idi. Yəni orada hərbi qulluqçular və hərbi texnika yox idi. Buna görə də ağır artilleriya ilə hücum edib şəhərə girməyə ehtiyac yox idi. İkincisi, Xocalıda dinc əhaliyə hücum Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının və təcavüzkar siyasətinin başladığı vaxta təsadüf edirdi. Beynəlxalq konvensiya və digər beynəlxalq qanunlarla Xocalı faciəsi kimi soyqırımılar pislənilir və belə bir cinayətin yolverilməz olduğu bəyan edilir”.

Diplomatın qənaətinə görə, bütün dünya başa düşməlidir ki, bu, təkcə Azərbaycan mülki əhalisinə qarşı deyil, həm də bütün sivil dünyaya, bəşəriyyətə qarşı cinayətdir:

“İkinci Qarabağ müharibəsi və Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatı nəticəsində bu gün Azərbaycan bayrağı bütün Qarabağ regionunda dalğalanır. Bu, çox böyük, bizim qəlbimizdə əbədi yaşayacaq tarixi hadisədir”.




Baxış sayı: 135
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30