FACT-INFO.AZ » XƏBƏR » Törətdiyi cinayətə görə hər bir erməni hüquqi müstəvidə cavab verməlidir
26-02-2024, 11:30 | XƏBƏR
Törətdiyi cinayətə görə hər bir erməni hüquqi müstəvidə cavab verməlidir
Azərbaycan Ordusunun tarix yazması, Xocalı daxil olmaqla, bütün ərazilərimizin işğaldan azad olunması hər birimizi qürurlandırır, ruhumuza rahatlıq gətirir. Hadisələrin gedişatını izləyəndə bu qənaətə gəlmək olar ki, dinc azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə görə, hər bir erməni hüquqi müstəvidə cavab verməlidir. Bəzən düşünürük, II Dünya müharibəsində hərbi cinayətlərdə ittiham olunan şəxslər Dağlıq Qarabağda, Xocalıda dinc azərbaycanlılara qarşı soyqırımı törədən, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə terror aksiyaları həyata keçirən ermənilərdən daha mərhəmətli olublar.
Xocalı soyqırımında, ümumilikdə Qarabağda dinc azərbaycanlılara qarşı törədilən qətl hadisələrində iştiraklarını ermənilər özləri birmənalı şəkildə təsdiqləyiblər. Bəzi faktlara yenidən nəzər salaq. Vaxtilə ingilis jurnalisti Tomas de Vaal yazırdı ki, erməni hərbi komandiri Serj Sarkisyandan Xocalının işğalı haqqında danışmağı xahiş edib. Sarkisyan isə baş vermiş hadisələrlə bağlı deyib: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bu stereotipi sındırmağı bacardıq". Həmçinin Ermənistanın keçmiş prezidenti Robert Köçəryanda prezidentliyi dövründə Avropa Şurasının tribunasından Qarabağda dinc azərbaycanlılara qarşı etdiyi bütün vəhşilikləri fəxrlə təsdiqləyib.
Göründüyü kimi, qeyd olunan və qeyd olunmayan faktlar cinayətkarların kimliyini tam sübut edir. Məgər bu və digər sənədlər, girovluqdan, erməni əsirliyindən əziyyət çəkən saysız-hesabsız azərbaycanlı canlı şahidlərin verdiyi məlumatlar və həmçinin, son hadisələr zamanı dinc azərbaycanlılara qarşı Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrimizdə törədilən qətllər beynəlxalq məhkəmə üçün sübut deyilmi?
Təbii ki, bu faktlar beynəlxalq tribunalın müzakirə predmetinə çevrilməlidir. O baxımdan bu gün bir sual yaranır Xocalı soyqırımda törətdiyi qanlı cinayətlər orta olduğu halda niyə görə, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan, Serj Sarkisyan bu vaxta qədər məhkəmə qarşısına çıxarılmayıb. İstər Rusiyanın, istərsə digər bir qüvvənin himayəsində olmasından asılı olmayaraq, bu iki Xocalı qatili digərləri ilə bərabər məhkəmə qarşısında törətdiyi əməllərə görə cavab verməlidirlər. Bunun üçün isə beynəlxalq hüququn mexanizmlərinin işə düşməsinə nail olmalıyıq.
Müharibə cinayətləri və dinc insanlara qarşı soyqırım törədənlərlə bağlı dünya məhkəmələrində kifayət qədər nümunələr var.
Bu dəfələrlə qeyd olunub. II Dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşıst Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətlər Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nyurnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Müharibədən zərər çəkən yəhudilər və onların yaxınları bu gündə Almaniya dövlətindən dəymiş ziyana görə, kompensasiya alırlar. Əslində soyqırım törədən cinayətkarların cəzalandırılması baxımından bütün bunlar yaxşı təcrübədir.
Əkrəm Bəydəmirli



Baxış sayı: 485
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30