FACT-INFO.AZ » XƏBƏR » Xocalı soyqırımı bəşəriyyətə qarşı ən mənfur cinayətlərdən biridir - Avstriyanın onlayn qəzeti
26-02-2024, 09:30 | XƏBƏR
Xocalı soyqırımı bəşəriyyətə qarşı ən mənfur cinayətlərdən biridir - Avstriyanın onlayn qəzeti

Avstriyanın dasfazit.at onlayn qəzeti Xocalı soyqırımının 32-ci ildönümünə məqalə həsr edib.

Trend bu barədə bazar ertəsi xəbər verir.

"32 il bundan əvvəl erməni terrorçuları bəşəriyyət əleyhinə ən mənfur cinayətlərdən biri olan Xocalı soyqırımını törədiblər. Bir vaxtlar Azərbaycanın dinc şəhəri olan Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə işğal olundu. İşğal zamanı erməni terrorçuları Xocalının 613 dinc sakinini qətlə yetirdi. Bunlar yaşlı, qadın və uşaqlar idi", - məqalədə deyilir.

Müəlliflər vurğulayır ki, bu cinayətlərə görə Ermənistana qarşı nə ABŞ, nə də Aİ tərəfindən heç bir sanksiya tətbiq olunmayıb. Əksinə, 1992-ci ildə (elə həmin ildə erməni terrorçuları Xocalıda soyqırım törətdilər) ABŞ öz Konstitusiyasına Azərbaycana qarşı yönəlmiş 907-ci düzəlişi qəbul etdi.

"Azərbaycan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qalib gəldi və Qarabağda antiterror tədbir keçirdi. Beləliklə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olundu. Ötən il oktyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalıda dövlət bayrağını ucaltdı. Bu tarixi hadisə ədalətin bərpası, erməni terrorizminin vəhşi dağıntılarına məruz qalmış şəhərdə yeni, dinc həyatın başlanğıcı oldu.

Xocalıdakı yüzlərlə evdə irimiqyaslı təmir-yenidənqurma işləri aparılır (şəhərin bütün kommunikasiya, içməli su, kanalizasiya, elektrik, magistral xətləri) və artıq tamamlanma mərhələsindədir. Çox yaxında Xocalıya sakinlərin köçürülməsinə başlanılacaq. Bu ilin ilk altı ayı ərzində şəhərə 50 ailənin köçürülməsi planlaşdırılır. Bu isə Azərbaycan xalqının daha bir Böyük Zəfəri olacaq", - məqalədə qeyd olunur.




Baxış sayı: 90
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30