FACT-INFO.AZ » SİYASƏT » Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır
24-02-2024, 08:30 | SİYASƏT
Elçin Əmirbəyov: Sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır

“İndependent Arabia“ nəşrində Azərbaycan və Ermənistan arasında sülh danışıqları və Fransanın bu prosesə təsirinə dair məqalə yayımlanıb.

Fact-info.az  xəbər verir ki, məqalədə ilk olaraq Ermənistanın baş naziri Nikol Paşinyanın bu günlərdə Fransaya rəsmi səfəri, burada dövlət başçısı Emmanuel Makron ilə görüşü və verilən bəyanatlara diqqət ayrılıb. Qeyd edilir ki, Fransa və Ermənistanı tarixi bağlar birləşdirir, çünki Fransada 600 mindən çox erməni yaşayır. Buna görə də Fransa Ermənistanın arsenalının gücləndirilməsində iştirak edir və bu gedişat Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Rəsmi Bakı Fransanı Ermənistanın hücumameyilli siyasətini dəstəkləməkdə və onu qonşuları ilə müharibəyə təhrik etməkdə ittiham edir.

Nəşr mövzu ilə bağlı Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovdan müsahibə alıb. Müsahibədə vaxtilə Fransada səfir vəzifəsində çalışmış Azərbaycan rəsmisinin sülh danışıqlarına dair fikirləri yer alıb. E.Əmirbəyov qeyd edib ki, Azərbaycan 30 il Ermənistanın işğalı altında olmuş Qarabağ regionunu azad etdikdən sonra yekun sülh müqaviləsinin bağlanması üçün fürsətlər yaranıb. O, bu kontekstdə hər iki ölkənin rəhbərlərinin ən son olaraq Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşlərinə işarə edib.

İkitərəfli münasibətlərin inkişafı və sülh müqaviləsinin bağlanması üçün yaranan imkanlardan, eləcə də Azərbaycan və Fransa arasında soyuq olan əlaqələrdən bəhs edən E.Əmirbəyov, hazırda Ermənistan tərəfindən xoş niyyətin nümayiş etdirilməli olduğunu vacib hesab edib. Çünki sülhün əldə olunması Ermənistanın siyasi iradəsindən asılıdır.

Azərbaycan rəsmisi müsahibədə, həmçinin bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməyib. Çünki Ermənistanda 1990-2000-ci illər arasında qəbul olunmuş bir çox sənədlərdə Azərbaycana qarşı coğrafi ərazi iddiaları öz əksini tapır. Həmin qanunvericilik aktlarının hələ də qüvvədə olması sülh müqaviləsinin bağlanması istiqamətində əsas maneələrdən sayıla bilər. Eyni zamanda, bu sənədlərin hələ də mövcudluğu Ermənistanın sülh bağlanmasına maraq göstərməməsi kimi dəyərləndirilir. Həmçinin bu sənədlər beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, çünki beynəlxalq ictimaiyyət 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul olunarkən Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb. Bundan başqa, Ermənistan Azərbaycan kəndlərini hələ də işğal altında saxlayır və Azərbaycana qarşı Haaqa Beynəlxalq Ədalət Məhkəməsinə şikayətlə müraciət edib.

E.Əmirbəyov müsahibədə Ermənistan tərəfinin Azərbaycanın Ermənistan ərazilərinə iddialı olması kimi cəfəng fikirlərinə aydınlıq gətirərək bildirib ki, Azərbaycan sülh müqaviləsinin müsbət nəticəsi kimi bütün nəqliyyat yollarının açılmasının tərəfdarıdır. Azərbaycan və Türkiyə ilə sərhədləri bağlı saxlayan, qışda Gürcüstan ilə yolların keçilməz olduğu və yalnız İranla rahat gediş-gəlişə malik Ermənistan bu məsələdə dilemma qarşısındadır.

Azərbaycan rəsmisi sonda bildirib ki, sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün əhəmiyyət qazanar. Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiya vasitəsilə birləşməsi Orta Dəhlizin inkişafına və Çindən Avropa ölkələrinə yüklərin daşınmasına təkan verə bilər. E.Əmirbəyov bu məsələnin iqtisadi və kommersiya aspektlərinin Ermənistan üçün də maraqlı olacağına əminliyini bildirib.

Müsahibədə, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada görülən işlərdən, keçmiş məcburi köçkünlərin tədricən öz torpaqlarına qayıdışından bəhs olunub, o cümlədən 2026-cı ilədək 140 min insanın öz dədə-baba yurduna geri dönüşünün təmin ediləcəyi vurğulanıb.




Baxış sayı: 100
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30