FACT-INFO.AZ » MEDİA » Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb
23-02-2024, 19:00 | MEDİA
Xocalı soyqırımından bəhs edən yeni sayt yaradılıb

"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın tərəfdaşlığı və məşhur fotojurnalist Reza Deqatinin təşəbbüsü ilə Paris və Bakıdakı əməkdaşlar tərəfindən www.khojalywitness.org saytı hazırlanıb.

Fact-info.az xəbər verir ki, Reza Deqati 1992-ci ildə Xocalı soyqırımının, Azərbaycan xalqının başına gətirilən dəhşətlərin nadir şahidlərindən biri olub. Hələ o vaxtdan lentə köçürtdüyü həqiqətləri dünyaya çatdırmaq üçün dünyanın bir çox yerində sərgilər təşkil edib, reportajlar verib.

“Bir fotoqraf kimi mən insanlara necə haqsızlıq edildiyini gördüm, nalələrini eşitdim, çəkdiyi əzabları fotolentimin yaddaşına köçürdüm. O anları ki mən gördüm, o səsləri ki mən eşitdim, bütün bunlar mənə dərindən təsir etdi. Onların başına gətirilənləri bütün dünyaya çatdırmaq mənim ömürlük vəzifəm, çiynimdə olan bir yükdür”, - deyə o bildirib.

Dünyanın müxtəlif yerlərindəki problemləri, insanların üzləşdiyi bəlaları dünyaya çatdıran Reza 32 ildir ki, Xocalı sakinlərinin də səsi olmağı missiya kimi öz üzərinə götürüb.

Saytda 1992-ci ildə Xocalı və Ağdamda çəkilən şəkillər hekayələri ilə birlikdə təqdim olunur. Həmçinin “Time”, “The New York Times”, “The Washington Тimes”, “The Washington Post”, “ВВС1News”, “The Independent,” "Le Monde", "Newsweek", “The Sunday Тimes”, “Human Rights Watch”, “The Age”, “The Boston Globe” “Kommersant”, “Svoboda” kimi nüfuzlu beynəlxalq media orqanlarının soyqırımı ilə bağlı yazdığı faktlar da əlavə olunub.

Bundan başqa, Xocalı soyqırımının şahidi olmuş Amerika Birləşmiş Ştatlarından jurnalist, yazıçı və müəllif Tomas Qoltz, jurnalist və operator Çingiz Mustafayev, Fransadan fotoqraf və sənədli kinorejissor Frederique Lengaigne və Litvadan fotojurnalist Rikardas Lapaitis tərəfindən qeyd olunmuş faktlar da saytda göstərilib.

Veb-sayt daha çox kütləyə çatması üçün Azərbaycan, fransız, ingilis və rus dillərində olmaqla, 4 dildə hazırlanıb. Gələcəkdə saytın azı 10 dilə tərcümə olunması da nəzərdə tutulur.

Saytın yaradılmasında əsas məqsədlərindən biri Xocalı soyqırımı qurbanlarının, şahidlərinin hekayələrini göstərməklə, digər insanların bu şəkillərə baxaraq öz əzizlərini tapmasına, yaxınlarını tanımasına yardımçı olmaqdır.




Baxış sayı: 175
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30