"Fransa Ermənistana müxtəlif mənzilli raketlər verməyə hazırdır".
Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Lekornu deyib ki, Ermənistana yaxın, orta və uzun mənzilli raketlər lazımdırsa, onlar da ölkənin müdafiə potensialının inkişaf etdirilməsinin bir hissəsi olacaq.
Fransalı nazir Ermənistana hansı hərbi texnikanın gələcəyi ilə bağlı detalları açıqlamayıb, lakin qeyd edib ki, “onların hamısı müdafiə əhəmiyyəti daşıyır, çünki Cənubi Qafqazda həm əhalinin, həm də sərhədlərin qorunması prioritetdir”.
Həmçinin əlavə olunub ki, ehtiyac yarandığı təqdirdə Fransa Ermənistanı hava hücumundan müdafiə sistemləri üçün raketlərlə də təmin edəcək.
Baxış sayı: 85
Video on traditions of Azerbaijanism shared on President Ilham Aliyev's social media accounts
Western Azerbaijan Community calls on Tom Lantos Commission to abandon biased approach
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
