FACT-INFO.AZ » MEDİA » İtaliya qəzeti Xocalı həqiqətlərindən yazıb
23-02-2024, 07:30 | MEDİA
İtaliya qəzeti Xocalı həqiqətlərindən yazıb

İtaliyanın katolik icmasına aid “Faro di Roma” qəzetində Xocalı soyqırımının 32-ci ildönümünü ilə əlaqədar məqalə dərc olunub. Fact-info.az xəbər verir ki, yazıda fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində törədilən qətliamın ildönümünün qeyd olunacağı bildirilir. Vurğulanır ki, Xocalıda yüzlərlə silahsız azərbaycanlı mülki şəxs Ermənistan ordusu tərəfindən qətlə yetirilib. 1992-ci ildə baş verən bu hadisə “Human Rights Watch”a görə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən böyük və dəhşətli qətliamı olub.

Məqalədə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarovun fikirlərinə yer verilib. Səfir dinc əhaliyə qarşı törədilmiş bu dəhşətli qanlı hadisədən bəhs edib.

“Mən ömrüm boyu Azərbaycanın Qarabağ bölgəsindən çoxlu azərbaycanlı köçkün tanımışam. Mənim ölkəmdə qaçqın və məcburi köçkünlərin sayı bir milyona yaxındır, bu da əhalinin ümumi sayına nisbətdə o qədər çoxdur ki, dostlar, ailələr və həmkarlar arasında onlardan birinin olmaması mümkün deyil. Onların hekayələri həmişə ağrı, ayrılıq və itki dolu hekayələrdir. Bu hekayələr bütün Azərbaycan xalqının hekayəsidir. Ağrı-acının dərəcəsi ilə bağlı bir sıralama yaratmaq mümkün deyil, amma şübhəsiz ki, Xocalı qətliamının qurbanlarınin, habelə bu qətliamdan sağ çıxanların bizi ərazi bütövlüyümüzün bərpasına aparan yolda əhəmiyyətli rolu var”, - deyə diplomat vurğulayıb.

İlqar Muxtarov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı şəhərini mühasirəyə aldığını, dinc əhaliyə hücum etdiyini xatırladıb. Bildirib ki, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib. Bölgədə yeganə hava limanı olan şəhər, Qarabağın tərkibində strateji əhəmiyyətə malik olan Xocalı mühasirəyə alınaraq xarabalığa çevrilib, bu bölgə sakinlərinin yeganə günahı isə azərbaycanlı olmaları idi. Xocalı şəhərində törədilmiş cinayətlərin mahiyyəti və miqyası, bu aktın BMT Baş Assambleyasının 1948-ci il 9 dekabr tarixli 260 saylı qərarı ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə edilmiş soyqırımı termininin tərifinə tam uyğun gəldiyini göstərir. Bu, həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək məqsədilə törədilmiş amansız və qəsdən törədilmiş kütləvi qırğındır. Qaçmağa cəhd edənlərə də aman verilməyib, onlar şaxta və ya daha da dəhşətlisi, erməni əsgərlərinin pusquları nəticəsində öldürülüb.

“Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir.

Xocalı soyqırımını törədənlər ötən ilin sentyabrında işğaldakı torpaqlarımız tamamilə azad edilənə qədər Qarabağın hərbi-silahlı xuntasında yüksək vəzifə tutanlar sırasında olublar. Məhz cinayətlərin etiraf edilməsinin barışıq üçün əsas amil olduğunu nəzərə alaraq, cinayətkarların Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında öz əməllərinə görə cavab vermələri vacibdir və ümid edirəm ki, bu, gec-tez baş verəcək. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan, Ermənistanın keçmiş müdafiə nazirinin müavini general Arkadi Ter-Tadevosyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, Bako Saakyan, Vitali Balasyan və başqaları Xocalı soyqırımına görə məsuliyyət daşıyan hərbi qüvvələrə komandanlıq edib, onları təşkil edib, yüzlərlə insanın ölümünə əmr verib və bu qırğında birbaşa iştirak ediblər. Tomas de Vaalın Xocalı hadisələri ilə bağlı sualını cavablandıran Serj Sarkisyan deyib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu stereotipə son qoyduq...” - deyə səfir qeyd edib.

Diplomat dövrün beynəlxalq mətbuatının Xocalıda baş verənləri ağrı-acı dolu sözlərlə qələmə aldığını xatırladıb. Bildirib ki, “Newsweek” Azərbaycanın qəbiristanlığa çevrildiyini qeyd edib. Bir çox ölkələr Xocalı hadisələrini soyqırımı aktı kimi tanınıb: “Bu gün biz Cənubi Qafqazda yeni balansla qarşı-qarşıyayıq, keçmişin səhifəsini çevirmişik və regionda birgəyaşayış və inkişafa yol açan sülh müqaviləsini imzalamağa hazırıq.

Xocalı nəhayət azaddır, lakin qurbanların xatirəsi bizi əbədi olaraq müşayiət edəcək və yalnız sağ qalanların və onların varislərinin evlərinə qayıtmasını təmin etməklə və 1992-ci il 26 fevral vəhşiliklərini törədənlərin məsuliyyətə cəlb olunması ilə, azacıq da olsa rahatlıq tapa biləcəyik”.

Yazıda Azərbaycanın bu qətliamın beynəlxalq aləmdə tanınmasını xarici siyasətinin mühüm tərkib hissəsi hesab etdiyi, hökumətin bunu soyqırımı kimi qiymətləndirdiyi və beynəlxalq ictimaiyyəti bu barədə məlumatlandırmaqla bağlı səylərini davam etdirdiyi vurğulanır. Qeyd olunur ki, son illərdə Meksikadan Pakistana qədər bir çox ölkənin parlamentləri bu hadisəni soyqırımı aktı kimi tanıyıb.




Baxış sayı: 120
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30