Bir qrup qərbli ekspert Rusiya aktivlərinin müsadirəsinin qanuni olduğunu iddia edir. Fact-info.az France-Presse (AFP) agentliyinə istinadla xəbər verir ki, hüquqşünaslar bu məsələ ilə bağlı fikirlərini “Bloomberg” agentliyinin dərc etdiyi məktubda ifadə ediblər. Belçika, Böyük Britaniya, Almaniya, Niderland, ABŞ, Fransa və Yaponiyadan olan ekspertlərin məktubu G7 ölkələrinə ünvanlanıb.
“Biz Rusiya aktivlərini donduran dövlətlərin onları Moskvanın fəaliyyəti nəticəsində zərər dəyən ölkəyə təzminat kimi verməsinin beynəlxalq hüquq normalarına uyğun olduğunu hesab edirik”, - məktubda belə deyilir. Onların sözlərinə görə, bu, yalnız Rusiyanın dövlət aktivləri hesabına həyata keçirilməlidir və özəl mülkiyyətdə olan aktivlərə şamil edilə bilməz.
Ekspertlər bunun üçün beynəlxalq mexanizm hazırlamağı tövsiyə edirlər. Onlarin fikrincə, müsadirə edilən aktivlər yalnız Ukraynanın bərpası proqramlarının dəstəklənməsinə yönəldilə bilər.
Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiyada Rusiyanın təqribən 300 milyard dollarlıq aktivləri dondurulub.
Baxış sayı: 105
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
