Türkiyə uzun illər Asiya Parlament Assambleyasına (APA) sədrlik edib. Hazırda sədrlik Azərbaycana keçib, bu münasibətlə təbriklərimi çatdırıram. Azərbaycan Milli Məclisi APA-ya sədrliyi layiqincə həyata keçirəcək, buna heç bir şübhəmiz yoxdur.
Fact-info.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Nurman Kurtulmuş Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasının açılış mərasimdən sonra jurnalistlərə açıqlamasında deyib.
Prezident İlham Əliyevin Türkiyə səfərinə və ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Numan Kurtulmuş qeyd edib: “İki qardaş ölkə arasında münasibətlər mükəmməl şəkildədir, əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Münasibətlərin inkişafı nəticəsində hər iki ölkədə rifah daha da yaxşılaşacaq. Fürsətdən istifadə edərək TBMM-in adından Prezident İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edirəm. Hesab edirik ki, böyük Qarabağ Zəfərindən sonra bu qələbə də həm Azərbaycan xalqına, həm də Türk dünyasına böyük vədlər verir".
Baxış sayı: 120
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
