"Bu gün Azərbaycan Türkiyə ilə bütün sahələrdə uğurla əməkdaşlıq edir. Bu çərçivədə Azərbaycanın öz ordusunu Türkiyə modelinə uyğunlaşdırması prosesi uğurla aparılır. Qarşımızda duran əsas məsələlərdən biri ordumuzla yanaşı, digər istiqamətlərdə də təsirli addımların atılmasıdır".
Fact-info.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov deyib. O, bildirib ki, Türkiyə-Azərbaycan Universitetinin qurulması haqqında memorandumun imzalanması da məhz buna hesablanıb. Bu ali təhsil ocağının yaradılmasında əsas məqsəd bizim təhsil sistemimizin təkmilləşdirilməsidir. Fikrimcə, Azərbaycanın təhsil sistemində də Türkiyə modeli tətbiq olunmalıdır. Hazırda Türkiyənin təhsil sistemi kifayət qədər inkişaf edib. Bunun sayəsində bizim təhsil sistemini arzuedilən səviyyədə inkişaf etdirmək mümkündür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması çox önəmli və uğurlu addımdır. Bu addım iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə özünəməxsus töhfə verəcək.
Baxış sayı: 130
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
