İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub.
Fact-info.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev "Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfrasda çıxışı zamanı deyib.
"30 il ərzində 10 su anbarı, 1200 km suvarma kanalları dağıdılıb. Ermənistan tərəfindən su hövzələri çirkləndirilib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilib. Sərsəng su anbarından kortəbii və siyasi təzyiq vasitəsi kimi istifafə edilib.
Su anbarlarından Tərtərçaya çox az su buraxılıb. Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymamışdı. Artıq işğaldan azad edilən ərazilərdə su infrastruktunun bərpası istiqamətində işlər görülür", - deyə o bildirib.
Baxış sayı: 110
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
