Fevralın 20-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Turan” kitabxanasında özbəkistanlı fotomüxbir Husniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı fotosərgisi keçiriləcək.
Fact-info.az xəbər verir ki, fotolar işğaldan azad olunmuş torpaqlara özbəkistanlı jurnalistlərin mediaturu çərçivəsində çəkilib. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə dövlətimiz tərəfindən aparılan quruculuq işləri əks olunub.
Tədbir çərçivəsində, həmçinin Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2020-ci ilin fevralında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri - azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları təqdim olunacaq.
Sözügedən əsərlər Azərbaycan və özbək dillərinə tərcümə olunub. “Qarabağda yenidən doğan günəş” sərgisi fevralın 26-dək davam edəcək.
Baxış sayı: 135
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
