FACT-INFO.AZ » XƏBƏR » Professor Moatazz Muhi Əbdülhəmid: Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycana nüfuz qazandırıb
18-02-2024, 10:30 | XƏBƏR
Professor Moatazz Muhi Əbdülhəmid: Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycana nüfuz qazandırıb

İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, İraq Strateji Araşdırmalar Cəmiyyətinin sədri, professor Moatazz Muhi Əbdülhəmidin “alnahar”, “sharafpress”, “nayrouz”, “drabeen”, “wrkaanews”, “alhadathcente”, “jedar.news”, “samabaghdad” saytlarında “Prezident Əliyevin böyük qələbəsi” sərlövhəli analitik məqaləsi dərc olunub.

Fact-info.az  xəbər verir ki, məqalədə fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri təhlil edilib. Diqqətə çatdırılıb ki, proses rəvan və şəffaf şəkildə keçdiyi üçün səsvermə hüququ olan milyonlarla Azərbaycan vətəndaşı səs vermək üçün seçki məntəqələrinə axışıb. Prezident İlham Əliyev 90 faizdən çox səs toplayaraq böyük qələbə qazanıb. Seçkilər Azərbaycan Ordusunun bir müddət əvvəl ildırım sürəti ilə geri qaytardığı Qarabağ iqtisadi zonası da daxil olmaqla, ölkənin bütün ərazisini əhatə edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında “Azərbaycan xalqının İlham Əliyevi ölkə prezidenti seçdiyini” açıqlayıb.

Şübhə yoxdur ki, 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edən Prezident İlham Əliyev demokratik transformasiyaya əsaslanan yeni qaydaların yaradılmasına çalışır.

Görünən odur ki, seçicilər Prezident İlham Əliyevin Qarabağın bütün ərazisinin işğaldan azad edilməsi və ölkə suverenliyinin bərpası ilə bağlı möhtəşəm hərbi uğurunu xüsusi dəyərləndiriblər. İlham Əliyev inkişaf etmiş dövlətlərlə strateji tərəfdaşlıq əlaqələri qurmaqla yanaşı, böyük qonşuları ilə əməkdaşlığı mümkün qədər yüksək səviyyədə saxlamağa, Azərbaycanın ətrafındakı təhlükələri azaltmağa çalışır.

Həqiqət budur ki, Prezident İlham Əliyevin balanslaşdırılmış xarici siyasəti Azərbaycana nüfuz qazandırıb ki, bu da ölkənin iqtisadi tərəqqiyə və hərtərəfli inkişafa aparan yoldur.

Professor yazıb ki, Azərbaycan bundan sonra da böyük dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirəcək. Bu mənada Azərbaycan ərəb dünyası, eləcə də İraq ilə əlaqələrini daha da inkişaf etdirəcək, xalqlar arasında mədəni və tarixi yaxınlaşmaya əsaslanan yeni münasibətlər sistemi formalaşacaq.

Prezident İlham Əliyev müasir dövrdə ikili standartlar siyasəti ilə barışmayacağını bildirib, Ermənistanla yeni müharibənin mümkünlüyünü istisna edib, Fransanı Azərbaycanı təzyiq altında saxlamaq üçün İrəvanı təlim və silahlandırmaqda ittiham edib.

2023-cü ilin sentyabrında bir neçə saat davam edən antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Qarabağda fəaliyyət göstərən qanunsuz silahlı dəstələri məğlub edərək, suverenliyinin bərpasına nail oldu. Sülh sazişinin imzalanması üçün şəraitin yarandığını bildirən Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında zəmanətçiyə ehtiyac olmadığını söyləyib.

Materialda vurğulanıb ki, Prezident İlham Əliyevin şəxsiyyəti, onun siyasətinin aspektləri öyrənilməyə və tədqiqə layiqdir. O, iyirmi il ərzində kifayət qədər kasıb bir ölkəni təkcə Qafqazda deyil, Qərbi və Orta Asiyanın əsas oyunçularından birinə çevirə bildi. Bu, daha çox onunla bağlıdır ki, Heydər Əliyevin siyasətini uğurla davam etdirən İlham Əliyev danışıqlar aparmağı və özünəməxsus beynəlxalq əlaqələr qurmağı çox yaxşı bacarır. İlham Əliyev Azərbaycanın sərfəli coğrafi mövqeyindən yararlanaraq, xalqın dəstəyini səfərbər edə bilir. O, Azərbaycanı Ərəbistan, Rusiya, Türkiyə və Çin arasında kəsişmə nöqtəsinə çevirib. Azərbaycanın təhlükəsizliyini təmin etmək üçün onun kifayət qədər gücü və qüdrəti var. Andiçmə mərasimində vurğuladığı kimi, “Orada (Xankəndidə - red.) verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.




Baxış sayı: 105
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30