FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri
17-02-2024, 11:00 | MƏDƏNİYYƏT
Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçirilib.

Fact-info.az-a bu barədə institutdan bildirilib. Elmi sessiyada institutun direktoru professor Nadir Məmmədli bildirib ki, Məhəmməd Əmin Azərbaycanın ictimai fikir tarixində ensiklopedik biliyə malik bir şəxsiyyət olub, onun yaradıcılığında ədəbiyyat, dil, siyasət, mədəniyyətlə bağlı konsepsiyalar öz əksini tapıb. Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi, ədəbi-bədii irsi haqqında müəyyən araşdırmalar aparılsa da, onun dilçilik görüşləri, ədəbi dilimizin inkişafı yolunda göstərdiyi xidmətlər haqqında, demək olar ki, kiçik həcmdə belə yazılar yoxdur.

Professor tədbirin Prezident İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil edildiyini vurğulayıb. O bildirib ki, bu Sərəncam Azərbaycan dövlətinin öz keçmişinə hörmət və rəğbətinin ifadəsidir.


Tədbirdə fəxri qonaq kimi çıxış edən Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu bildirib ki, Məhəmməd Əmin təkcə xalqın azadlığı, müstəqilliyi uğrunda deyil, eyni zamanda, Azərbaycan dilinin inkişafı, təmizliyi, tərəqqisi üçün fəal mübarizə aparıb. O, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının 10 müqəddiməsini Azərbaycan dilinə tərcümə edib. Onun söylədiyi nitqlər həmişə mükəmməl və səmimi olardı. Parlamentin 88 iclasında etdiyi çıxışlarda Azərbaycan dilinin gözəlliyi, gücü, əzmkarlığı, kəsəri duyulurdu.

Sessiyada institutun elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, şöbə müdirləri İsmayıl Kazımov “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz”, Nərgiz Hacıyeva “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının dili və üslubu” mövzularında məruzələrlə çıxış ediblər. Məruzəçilər bildiriblər ki, M.Ə.Rəsulzadə dövrün ədəbi dil normalarını israrla məqalə və məktublarında məcburiləşdirir, sabitləşdirir, oxucu kütləsinə təbliğ edir, ədəbi dili xalq dili materiallarına yaxınlaşdırır, əcnəbi ünsürlərə qarşı mübarizə aparırdı. M.Ə.Rəsulzadənin siyasi publisistik dili yaşadığı dövrün bir sıra mətbu orqanlarında “İrşad”, “Yoldaş”, “Tərəqqi” və s. qəzetlərində öz əksini tapıb. Bu qəzetlərdə Azərbaycanın yeni ictimai şəraitinə uyğun söz və termin yaradıcılığı üstünlük təşkil edir. Qeyd olunub ki, M.Ə.Rəsulzadə publisistikasının dili Azərbaycan elmi-publisistik və ictimai-siyasi üslubun mühüm tərkib hissələrindən biridir.





Baxış sayı: 160
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30