FACT-INFO.AZ » MƏDƏNİYYƏT » İstiqlal Muzeyində “Yaşayan, yaşadılan irs” adlı tədbir-sərgi keçirilib
17-02-2024, 09:30 | MƏDƏNİYYƏT
İstiqlal Muzeyində “Yaşayan, yaşadılan irs” adlı tədbir-sərgi keçirilib

Azərbaycan İstiqlal Muzeyində Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı “Yaşayan, yaşadılan irs” adlı tədbir-sərgi keçirilib.

Muzeydən  Fact-info.az-a bildirilib ki, tədbirdə Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rais Rəsulzadə, M.Ə.Rəsulzadə ev-muzeyi ictimai qrupunun sədri, professor Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, tanınmış telejurnalist, rejissor Vahid Mustafayev, digər elm xadimləri və ziyalılar çıxış ediblər. Onlar Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixində M.Ə.Rəsulzadənin rolu, zəngin həyat yolu, ictimai-siyasi və ədəbi fəaliyyəti haqqında danışıblar.

Qeyd edilib ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin kolleksiyasından və araşdırmaçı, jurnalist, kolleksiyaçı Dilqəm Əhmədovun şəxsi kolleksiyasından Məhəmməd Əmin Rəsulzadənin həyat və fəaliyyətinə aid fotolar və sənədlərdən ibarət sərgi açılıb.

Bədii hissədə Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına musiqi kollecinin tələbələri klassik musiqi əsərləri ifa ediblər.

Sərgi fevralın 29-dək davam edəcək.




Baxış sayı: 125
Ürək sağlamlığı diqqət mərkəzində Bu gün, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30