FACT-INFO.AZ » XƏBƏR » Azərbaycan innovativ həllərin tətbiq ediləcəyi yeni inkişaf mərhələsinin astanasındadır
10-02-2024, 10:30 | XƏBƏR
Azərbaycan innovativ həllərin tətbiq ediləcəyi yeni inkişaf mərhələsinin astanasındadır

Növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsindən sonra Azərbaycanda islahatlar kursunun davam etdiriləcəyi gözlənilir, çünki dövlətimizin başçısı dünyada intensiv dəyişikliklərin ən fəal tərəfdarlarından biri kimi tanınır. Hətta bir neçə il əvvəl Avropa strukturlarında reytinq hesablamaları aparılıb və onların nəticələrinə görə, Azərbaycanın rəhbəri islahatçı liderlər arasında ən uğurlu siyasətçi kimi çox yüksək mövqelər tutub. Bu səbəbdən də indi - 20 illik intensiv inkişaf prosesindən sonra ölkənin həyatında növbəti islahatlar paketinin tətbiq ediləcəyi yeni dövr başlayır.

Fact-info.az xəbər verir ki,  bu fikirləri AZƏRTAC-a müsahibəsində siyasi icmalçı Tofiq Abbasov söyləyib.

Onun sözlərinə görə, böyük ehtimalla, həmin islahatlar paketi sosialyönümlü olacaq və əhalinin həssas təbəqəsinin nümayəndələrinə köməklik göstərilməsi məqsədi daşıyacaq. Bununla yanaşı, ekspert ölkənin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi və ordu quruculuğu prosesində böyük dəyişikliklər olacağını proqnozlaşdırır. O vurğulayıb: “Əsas vəzifə strateji milli resursların təmin edilməsidir, çünki heç bir inkişaf proqramı, heç bir islahatlar paketi bu amil olmadan həyata keçirilə bilməz. Şübhəsiz ki, yeni təşəbbüslərin və ideyaların reallaşması sırasını müəyyən etmək dövlətin birinci şəxsinin səlahiyyətindədir. Zənnimcə, inauqurasiyadan sonra innovativ həllərin tətbiqi ilə yeni inkişaf mərhələsi başlayacaq. Həm də bu, İlham Əliyevin idarəçilik üslubuna xasdır”.

Ölkənin onsuz da əlverişli vəziyyətdə olduğunu, yalnız özünə güvəndiyini və qonşu ölkələrlə dəqiq qarşılıqlı fəaliyyət paradiqmaları qurduğunu qeyd edən politoloq bildirib ki, rəsmi Bakı yaxın vaxtlarda regionda “3+3” formatının keyfiyyətcə və kəmiyyətcə yeni mahiyyət kəsb etməsi istiqamətində səylərini artıracaq. O əlavə edib: “Bu altılığa daxil olan ölkələrin əksəriyyəti hesab edir ki, regionun problemləri burada yerləşən dövlətlər tərəfindən həll edilməlidir və regiondan kənarda olan güclərin müdaxiləsinə yol verilməməlidir. Digər tərəfdən, Azərbaycan bir neçə inteqrasiya layihələrində fəal iştirak edir, onların arasında Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-Türkiyə, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Rusiya-Qazaxıstan və başqalarını göstərmək olar. Bu formatların hamısı realdır. Azərbaycanın ikitərəfli formata üstünlük verməsinə baxmayaraq, digər əhəmiyyətli platformalar da daha mobil, çevik olmalıdır ki, qitələrarası əlaqələrlə bağlı problemi həll etmək, yüklərin aşırılması prosesini həyata keçirmək, regional qovşaqlardan yüksək fayda ilə istifadəyə nail olmaq mümkün olsun. Nəhayət Azərbaycan “Şimal dəhlizi” layihəsinin reallaşdırılması üzrə hələ yeni addımlar da atacaq. Yəni, Zəngəzur dəhlizinə mütləq yeni elementlər əlavə ediləcək. Bu, Azərbaycanın rəsmi mövqeyidir”.

Ermənistanla sülh prosesindən danışan ekspert vurğulayıb ki, Azərbaycan bu məsələdə tələsikliyə ehtiyac duymur. O qeyd edib: “Bu, Ermənistana daha çox lazımdır. Əgər İrəvan tələsmirsə, onda bizim də tələsəcək yerimiz yoxdur. Ərazi bütövlüyümüzü tam bərpa etdiyimiz nəzərə alınarsa, düşünürəm ki, Ermənistan artıq öz gələcəyi haqqında fikirləşməlidir. Azərbaycan artıq öz gələcəyini düşünüb və onun qarşısında təslim olacağı bu qədər çətin, həlli mürəkkəb olan məsələləri yoxdur. İrəvanın isə, əksinə, həlli vacib olan çox böyük problemləri var”.




Baxış sayı: 165
Abbas Zamanovun 115 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb Bu gün, 10:30 Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir Bu gün, 10:00 Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır Bu gün, 08:30 Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb Bu gün, 08:00 Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır Dünən, 19:00 "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirilib Dünən, 19:00 Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib Dünən, 18:00 ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week Dünən, 17:30 İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir Dünən, 12:30 Dünyada separatizmə, müharibə cinayətlərinə münasibət fərqli olmamalıdır Dünən, 11:30 Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin görüşü Dünən, 11:00 Türk dünyası gənclərinin görüşü maraqlı anlarla yadda qalıb Dünən, 11:00 Azad edilmiş ərazilərdə daha 361 mina, 624 PHS aşkarlanıb Dünən, 10:30 Vətən müharibəsinin xronikası: 11 oktyabr Dünən, 10:30 Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq 11-10-2026, 10:00 Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq 11-10-2026, 10:00 Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək 10-10-2026, 09:30 Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub 10-10-2026, 08:30 ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi 10-10-2026, 08:30 Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb 9-10-2026, 20:30 Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir 9-10-2026, 19:30 International travellers visit Ganjasar Monastery Complex 9-10-2026, 17:00 Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı? 9-10-2026, 12:00 Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb 9-10-2026, 11:00 Prezident İlham Əliyev: 2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artıb 9-10-2026, 11:00 Prezident: Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır 9-10-2026, 11:00 Türkiyənin məktəblərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək 9-10-2026, 10:30 Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır - KİV 9-10-2026, 09:00 Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir 9-10-2026, 08:00 Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib 8-10-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031