FACT-INFO.AZ » SİYASƏT » Dini dözümsüzlüklə bağlı iddia Azərbaycan xalqının dəyərlər seçiminə ziddir və siyasi təzyiq cəhdidir
10-01-2024, 09:00 | SİYASƏT
Dini dözümsüzlüklə bağlı iddia Azərbaycan xalqının dəyərlər seçiminə ziddir və siyasi təzyiq cəhdidir

ABŞ Dövlət Departamentinin “Dini etiqad azadlığının ciddi şəkildə pozulması və onlara dözümsüz münasibətin müşahidə olunduğu ölkələr siyahısı” ilə bağlı bəyanatına Azərbaycanın daxil edilməsi növbəti dəfə göstərir ki, artıq dini etiqad azadlığından da ölkəmizə qarşı əsassız olaraq siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Nə qədər gizlətməyə çalışsalar da, fərdi maraqlardan doğan qərəz və siyasi çalar ortadadır.

Fact-info.az-ın  məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Onun sözlərinə görə, demokratik prinsiplər əsasında dövlət idarəçiliyi dünyada ən uğurlu model hesab edilsə də, klassiklərin özləri belə, bu modelin mükəmməl olmadığını dəfələrlə dilə gətiriblər. Görkəmli dövlət xadimi Uinston Çörçill dəyərləndirmələrindən birində belə demişdi: “Demokratiyaya qarşı ən yaxşı arqument orta statistik seçici ilə beş dəqiqəlik söhbətdir”. Böyük şəxsiyyətlərin müşahidələrinə və müasir dünya düzənində gördüklərimizə söykənərək təəssüf hissi ilə qeyd etməliyik ki, demokratiya istər Qərbdə, istərsə də Şərqdə mükəmməllikdən çox uzaqdır. Bütün üstünlükləri və cəlbediciliyi ilə yanaşı, ona kölgə salan amillər yetərincədir. Demokratiyanın beşiyi sayılan ABŞ-da 2020-ci ildə keçirilmiş prezident seçkilərindən sonra Kapitoliya ətrafında baş verən hadisələr göstərdi ki, hətta ABŞ demokratiyası da qüsursuz deyil. Həmin hadisələrin üstündən üç il ötsə də, bir-birini təkzib edən siyasi dəyərləndirmələr və çəkişmələr indiyədək səngimir. O vaxt ABŞ-da müşahidə etdiklərimiz nəinki amerikalıların özlərini, bütün dünyanı şoka salmışdı. Lakin həqiqət ondan ibarətdir ki, nə ABŞ, nə Avropanın ən inkişaf etmiş ölkələri, nə də demokratiya yoluna yenicə qədəm qoyan dövlətlər, o cümlədən postsovet məkanı bu cür qüsurlardan xali deyil. Onların obyektiv izahı ilə yanaşı, subyektiv səbəbləri də kifayət qədərdir. Təəssüf ki, subyektiv amillər böyük güclərin, oturuşmuş demokratiya ənənəsi olan aparıcı aktorların ikili standartlar siyasətindən daha çox qaynaqlanır. Onların təsiri altında olan beynəlxalq təşkilatlardan bəziləri isə ayrı-seçkiliyi təşviq edən bu cür ədalətsiz yanaşmanın əsas icraçısı rolunda çıxış edirlər.

O, vurğulayıb ki, əldə etdiyimiz tarixi Zəfərdən ötən üç ildə Avropa Parlamenti tərəfindən ölkəmizə qarşı qəbul olunmuş qətnamələrdə dini ayrı-seçkilik amilinin qabardılması həm də bu səbəbdən təsadüfi hesab edilməməlidir. Qərbdən gələn qətnamə və bəyanatlardakı qərəzin, haqsızlığın miqyasını görmək üçün səsləndirilən “dəlillərin” cılızlığına diqqət yetirmək kifayətdir: “Azərbaycan qədim xristian dövləti Ermənistana, yaxud xristian ermənilərinin yaşadığı Dağlıq Qarabağa hücum etdiyi üçün xristian dünyası Ermənistanı müdafiə etməlidir”. Sanki orta əsrlərin cəfəng təfəkkürü, cəhalətə və dini ayrı-seçkiliyə söykənən təhlükəli yanaşmalar yenidən işə salınır. Nəticədə isə ümumbəşəri dəyərlərə, demokratiyanın üstünlüklərinə zərbə vurulur, ictimai etimad bağışlanılmaz səviyyədə sınağa çəkilir. Ən təhlükəlisi isə ondan ibarətdir ki, ictimai müzakirələrdə demokratiyanın fəzilətləri əvəzinə, qüsurlarının müzakirəsinə rəvac verilir.

Deputat bildirib ki, bütün bunlar ictimai rəydə belə bir qənaətin formalaşmasına xidmət edir ki, ABŞ və Avropada Fransa kimi ölkələr, eləcə də onların təsiri altında olan ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycana qarşı qətnamə və bəyanat qəbul edərkən məhz dini təəssübkeşliyi əsas tutur, ümumbəşəri dəyərləri qərəzli şəkildə siyasi təzyiq alətinə çevirirlər: “Avropanın ardınca ABŞ Dövlət Departamentinin qəbul etdiyi bəyanat cəmiyyətimizdə bu cür mülahizələrin daha da möhkəmlənməsinə təkan verir. Halbuki Azərbaycan nəinki bir çox xristian ölkələrinə, hətta əksər islam dövlətlərinə də dini və milli tolerantlıq baxımından örnək sayılacaq məkanlardandır. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanda yaşayan və Azərbaycanı özünə Vətən bilən vətəndaşlarımız arasında tarixən mövcud olan səmimi uzlaşma və qarşılıqlı hörmət mühiti çoxları üçün gerçək mənada örnək olmalıdır. Hansısa siyasi maraqları ucbatından kimlərsə bu gerçəkliyi görmək və ona dəyər vermək istəmirsə, qərəzli və ədalətsiz bəyanatlarından sonra cəmiyyətimizdə ictimai rəğbətin onların tərəfində olmayacağını əvvəlcədən bilməlidir. Müstəqillik və çağdaşlıq yolunda şəhidlər verən Azərbaycan xalqının qəlbini bu cür qərəzli bəyanatlarla fəth etmək əsla mümkün deyil, ictimai rəğbəti qazanmağa ümid etmək isə sadəlövhlükdür.

Demokratiya, insan haqları və dini etiqad azadlığı pərdəsi altında Azərbaycanı qərəzli şəkildə hədəf seçən, tarixi Zəfərimizi hələ də həzm edə bilməyən dairələr demokratik dəyərlərin təntənəsində həqiqətən maraqlı olsaydılar, monoetnik Ermənistanla çoxsaylı millətlərin yaşadığı Azərbaycanın fərqini görüb dəyərləndirərdilər. Heç olmasa bircə dəfə etiraf edərdilər ki, son 35 ildə məhz Ermənistan istər Qarabağ və Şərqi Zəngəzurda, istərsə də bugünkü Ermənistanın özündə azərbaycanlılara məxsus minlərlə tarixi və dini abidəni, dünya mədəniyyətinin incilərini yer üzündən siliblər. Ona görə də dini dözümsüzlüklə bağlı bəyanata Azərbaycanın deyil, Ermənistanın adı salınmalı idi. 907-ci düzəliş 1992-ci ildə işğala və separatçılığa məruz qalan Azərbaycana qarşı yox, işğalçılığı və separatçılığı həyata keçirən Ermənistana qarşı tətbiq edilməli idi. Bu ədalətsiz siyahını xeyli uzatmaq da olardı. Amma ümid edək ki, ayrı-seçkiliyə və ikili standartlar siyasətinə baxmayaraq, işğala məruz qaldığımız 30 il ərzində ən çox ədalət gözlədiyimiz ABŞ Uinston Çörçillin növbəti kəlamında əksini tapan həqiqətə, Azərbaycana münasibətdə də sonda sadiq olacaq: “Amerikalılar həmişə yeganə düzgün qərarı verirlər, amma bütün digər variantları yoxladıqdan sonra”.




Baxış sayı: 140
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30