FACT-INFO.AZ » XƏBƏR » Müşfiqi ehtiramla anırıq, onu incidənləri lənətləyirik
6-01-2024, 11:34 | XƏBƏR
Müşfiqi ehtiramla anırıq, onu incidənləri lənətləyirik
Azərbaycanın repressiya tarixini araşdıran zaman mən sıravi vətəndaş olaraq düşünürəm ki, bir millətin yalnız bir əsrdə sözün həqiqi mənasında bu qədər ziyalısını məhv etdikdən sonra bu, millət necə toparlana bilərdi? Təbii ki, bütün mənəvi itkiləri bərpa etmək, çox dahi insanları əvəz etmək mümkünsüzdür. Amma müşahidələrimiz göstərir, bəlkə də bu, bir ilahi həqiqətdir ki, Azərbaycan xalqı həmin boşluğu zaman keçdikcə doldura bilir. Nəisə mətləbə keçmək istərdim.
Son bir neçə ildə repressiya tarixini tədqiq etməyə çalışıram. Bu gün Mikayıl Müşfiqin qətlə yetirildiyi gündə Müşfiqlə bağlı bəzi məqamlara qısa nəzər salmaq istərdim.
Azərbaycan poeziyasının ən güclü nümayəndələrindən olan Mikayıl Müşfiq 1908-ci ildə anadan olub. 1937-ci ildə hələ 30 yaşı olmayan günahsız şairin qətlinə fərman verilib.
Dəyərli araşdımaçı Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabını hər zaman oxuyarkən müəllifə gördüyü işlərə görə ehtiramımı bildirirəm. Belə kitablar ibrət dərsi üçün oxunmalıdır.
Əlqərəz Müşfiqin üzünə vicdanını itirmiş çoxları durur. Tanınmışlar da, tarixin zibilliyinə düşüb tanınmayanlarda olub.
Onlardan biri diqqətimi cəlb etdi. Müşfiqə qarşı çıxanların arasında Hacıkərim Sanılı kimi günahsız bir ziyalı da vardı. Təsəvvür edin, bu vicdanlı adama o dərəcədə dəhşətli işgəncələr verirlər ki, ağrılardan xilas olmaq üçün məcbur qalıb Müşfiqin əleyhinə ifadə verir:
“Mikayıl Müşfiq qatı millətçi olub. Mənim iştirakımla hər dəfə Müşfiq həvəslə əks-inqilabi fikirlərlə çıxış edərək deyirdi: “Azərbaycan əhalisi başqa millətlərdən fərqli olaraq gözdən salınmışdır. Başqa millətlər –rus və ermənilər- Azərbaycana öz mədəniyyətini inkişaf etdirməyə imkan vermədikləri səbəbindən son nəticədə gözdən düşən xalq olub”.
Bu ifadələrdən sonra Sanılıya verilən işgəncə səngiyir. Lakin aldığı zədələr çox keçmir ki, onun həyatına son qoyur.
Bu cür danosların sayəsində 1938-ci ildə qısa müddətli davam edən sorğu-sualdan sonra Müşfiq güllələnir. 1938-ci ilin 5 yanvarında saat 11:20-də başlanan məhkəmə 20 dəqiqədən sonra- saat 11:40-da bitir. Qərar isə aydındır.
Bundan sonra isə Müşfiqin ruhunu rahat buraxmırlar. Özü güllələnsə də, təqib növbəsi bacısı və həyat yoldaşına keçmişdi.
Müşfiqə görə çox keçmir ki, müəllimə işləyən bacısını işdən çıxarırlar. İşdən azad olduğunu bilən Balacaхanım İsmayılzadə (Şükürlü) həmin gün Voroşilov rayon (indiki Səbail) хalq maarif şöbəsinin müdiri olmuş Aхundovaya müraciət edir. Lakin ondan bir müsbət cavab ala bilməyən müəllimə Voroşilov (Səbail) rayon partiya komitəsinin katibi Ankişeviçə müraciət edir. Ankişeviç müəllimənin M.Müşfiqin bacısı olduğunu bilib, onu хalq düşməni, əksinqilabçı, antisovetçi kimi təhqir edib, kabinetindən qovur. Bu azmış kimi bir qrup öyrədilmiş şəхsi yanına çağırıb Balacaхanım Şükürlüyə qarşı akt tərtib etdirir. Həmin şəхslər tərəfindən rayon polis şöbəsinə müəllimənin “хuliqanlığı” barədə müraciət edilir.
Aslan Kənanın “XX əsrdə repressiyaya məruz qalanlar” kitabında Müşfiqin bacısının həbsi ilə bağlı məqamlara diqqət yetirilib.
“13 sentyabr 1937-ci ildə 3 saylı şəhər polis şöbəsi belə bir nəticəyə gəlir ki, doğrudan da 1906-cı ildə Bakı şəhərində anadan olmuş, bitərəf, evli, orta təhsilli müəllimə İsmayılzadə (Şükürlü) Balacaхanım Qədir qızı Ankişeviçi təhqir etmiş, əksinqilabi, antisovet sözlər deməklə kifayətlənməmiş, mürəkkəbqabını onlara tərəf atmışdır.
Bunu nəzərə alaraq qərara alınır ki, Balacaхanım İsmayılzadə (Şükürlü) həbs edilsin”.
Məhz “İttihamnamə”də də İsmailzadə (Şükürlü) əvvəlcə “sestroy razoblaçennoqo vraqa naroda İsmailova Mikaila” yazmaqla B.İsmayılzadəni хuliqanlıq üstə yoх, məhz хalq düşməni Mikayıl İsmayılzadənin bacısı olduğuna görə həbs edildiyi bir daha aydın olur. Məhkəmə Balacaхanım Qədir qızı İsmayılzadəni (Şükürlü) altı il müddətində azadlıqdan məhrum edilməsi üçün qərar çıхarır.
5 iyun 1954-cü ildə bəraət alan Balacaхanım İsmayılzadə (Şükürlü) haqqında H.Abramova, S.Hüseynov, Q.İ.Qolusi tərəfindən verilən şahid ifadələrindən məlum olur ki, müəllimə atılan böhtanlardan biri də “doşlo do takoqo stepeni çto razbila qrafin” ifadəsi olmuşdur. Guya müəllimə həmin şəxslərə qrafin atmış, lakin istənilən nöqtəyə dəyməmiş və nəticədə sınmışdı”.
Tarixin müxtəlif dönəmlərində o cümlədən 20-ci əsrdə Azərbaycan xalqına qarşı mənəvi terror aktları həyata keçirilib. Repressiya və terror aktlarına daha çox xalqın intellektual mülkiyyət sahibləri məruz qalıb. Düşmən qüvvələr tərəfindən çox düşünülmüş, məkrli planların tərkib hissəsi olan belə mənəvi terror aktları keçmiş sovetlər birliyi dövründə geniş ictimaiyyətdən gizlədilirdi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
Əkrəm Bəydəmirli
Baxış sayı: 525
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
Bu gün, 11:00
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Bu gün, 10:30
Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib
Bu gün, 10:30
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Bu gün, 10:00
Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir
Dünən, 20:30
Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub
Dünən, 20:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Dünən, 16:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Dünən, 16:00
Ürək sağlamlığı diqqət mərkəzində
Dünən, 15:00
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi”
Dünən, 14:30
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
Dünən, 09:30
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib
Dünən, 09:30
ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb
Dünən, 09:30
Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu
Dünən, 09:00
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
3-11-2026, 19:30
Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub
3-11-2026, 18:00
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib
3-11-2026, 16:30
Sovet repressiyasının əhatə dairəsi
3-11-2026, 14:00
Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib
3-11-2026, 13:30
Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır
3-11-2026, 12:00
“Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib
3-11-2026, 10:30
Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq
3-11-2026, 09:30
ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək
3-11-2026, 09:30
Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib
3-11-2026, 09:30
Mənim içimdəki oxunmamış kitab
2-11-2026, 18:30
Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb
2-11-2026, 18:00
Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib
2-11-2026, 17:30
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
2-11-2026, 16:30
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
2-11-2026, 16:30
İKTA regionlar üzrə internet sürətini açıqlayıb
2-11-2026, 11:00
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
