FACT-INFO.AZ » SİYASƏT » Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır
26-11-2023, 09:30 | SİYASƏT
Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır

Ermənistandakı mövcud hakimiyyətin həm daxili, həm da xarici siyasəti göstərir ki, İrəvan Azərbaycanla ədalətli sülh müqaviləsi bağlamaqda maraqlı deyil. Onlar xaricdəki havadarlarının köməyi ilə çalışırlar ki, bu danışıqlar prosesində Bakını hansısa tarixə və ya hüquqa əsaslanan mövqeyindən çəkindirsinlər. Ermənilər ölkəmizin üzəriə yenə də hansısa öhdəliklər qoymağa cəhd edirlər. Məsələn, Azərbaycan Ermənistandakı ərazilərindən imtina etməlidir, Qarabağın erməni əhalisinin geri qayıtmasına şərait yaratmalıdır və s. Təbii ki, İrəvanın belə cığal siyasəti onu region ölkələrindən uzaqlaşdırır.

Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev söyləyib.

O qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan öz ölkəsini Qərb dövlətlərinin ixtiyarına buraxmaqla regionda gərginliyi daha da artırır. “Sülh müqaviləsi bağlanacaqsa, buna iki ölkə qərar verəcək - Azərbaycan və Ermənistan. Rusiyanın bu prosesdə iştirakı texniki cəhətdən qaçılmaz olacaq. Çünki delimitasiya və demarkasiya üçün istifadə olunacaq xəritələr Moskvadadır. Fransanın, ABŞ-ın bu prosesdə hansı formada iştirakı maraqlı görünür. Ümumiyyətlə, onların bu prosesdə rol almasına ehtiyac varmı? Onlar Ermənistana hansı dəstəyi verəcəklər və ya Azərbaycana hansı təzyiqləri göstərəcəklər? İnanmıram ki, Azərbaycan Ermənistanla bağlanacaq sülh müqaviləsində Qərbin maraqlarını nəzərə alsın. Yayılan məlumatlara görə, İrəvan ilə Bakı arasında noyabrın 30-da sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşü keçiriləcək. Azərbaycan isə Qazaxın 7, Naxçıvanın 1 kəndinin qaytarılmasında qərarlıdır. Görünən odur ki, Ermənistan həmin kəndləri Azərbaycana qaytarmaq istəmir. Azərbaycanın eksklavları Ermənistanın Gürcüstan və İrana olan əsas yollarının üzərində yerləşir. Bu kəndlər qaytarılacağı halda, Ermənistanın strateji yolları Azərbaycanın nəzarətinə keçəcək. Tarixi sənədlər, o cümlədən xəritələr Ermənistan üçün yaxşı heç nə vəd etmir. Buna görə də onlar havadarlarının köməyi ilə məsələnin siyasi yolla həllinə çalışırlar”, - deyə R.Alıyev bildirib.

Politoloq vurğulayıb ki, Ermənistan beynəlxalq platformada Azərbaycana qarşı cəbhə açmaq siyasətini davam etdirir. İrəvan bir tərəfdən Bakı ilə sülhdən danışır, digər tərəfdən isə Avropa dövlətlərini, ABŞ-ı Azərbaycanın üstünə qaldırır, onlarla münasibətlərimizə xələl gətirəcək addımlar atır. İrəvan ABŞ-ı, Fransanı və digər Qərb qüvvələrini regiona dəvət etməklə bölgədə özünə yeni düşmənlər hazırlayır. Ermənistanın sərgilədiyi siyasət Azərbaycanla yanaşı, Rusiyanın, Türkiyənin və İranın da maraqlarına cavab vermir. Erməni politoloqları etiraf edirlər ki, N.Paşinyan Ermənistanı uçuruma aparır və erməni xalqına intihar kəndiri hörür. Müşahidələr göstərir ki, İrəvan Azərbaycanın üzərinə bir neçə ölkə ilə gəlir. Yəni, rəsmi İrəvan Azərbaycanla vasitəçisiz danışıqlara getməyə həvəsli görünmür. Erməni lobbisinin köməyi ilə bu ölkə dünya güclərinin dəstəyini alacağını və rəsmi Bakı üzərində “diplomatik qələbə” əldə edə biləcəyini düşünür. N.Paşinyana görə, Fransa və ABŞ danışıqlarda zəmanətçi tərəf olmalıdır. Ermənilərin bu cəhdləri uğursuz olacaq. Məhz buna görə rəsmi Bakı Qranada və Vaşinqton görüşlərindən imtina etmişdi. Biz çox doğru olaraq ikitərəfli görüşə üstünlük veririk. Prezident İlham Əliyev iraqlı həmkarı Əbdüllətif Rəşidlə görüşündə də Azərbaycanın sülh danışıqlarında maraqlı olduğunu bildirmişdi.

Qərbin Nikol Paşinyanın əli ilə Rusiya, Türkiyə və İranı regiondakı siyasi proseslərdən kənarda saxlamaq istədiyini bir daha diqqətə çatdıran politoloq deyib: “Ermənistanın silahlandırılması, İran ərazisindən dəhlizin çəkilməsinə etirazlar və Azərbaycana qarşı aparılan kampaniyalar bunu təsdiq edir. Qərb regionda böyük perspektivi olan tranzit-logistika layihələrində iştirak etmək istəyir. Ermənistan bir məqamı anlamalıdır ki, Fransa, ABŞ kimi dövlətlər regiondan çox uzaqdadır, onların proseslərə təsiri zəifdir. Bir sözlə, İrəvan olduqca təhlükəli siyasi gedişlər edir. Ermənistanın sülh müqaviləsini uzatması onu region ölkələrindən uzaqlaşdırır”.




Baxış sayı: 130
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30