FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “Qərbi Zəngəzur Abidələri” adlı kitabın təqdimatı olub
12-10-2023, 14:00 | MƏDƏNİYYƏT
“Qərbi Zəngəzur Abidələri” adlı kitabın təqdimatı olub

Oktyabrın 11-də Bakıda Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təqdim etdiyi “Ermənistanda azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi dövlət siyasətinin tərkib hissəsidir” layihəsi çərçivəsində “Qərbi Zəngəzur Abidələri” adlı kitabın təqdimat mərasimi keçirilib.

Fact-info.az  xəbər verir ki, kitabın müəllifi Faiq İsmayılov nəşrlə bağlı məlumat verib. Bildirilib ki, layihə çərçivəsində Qərbi Zəngəzurun Gorus rayonunda 55, Mehri rayonunda 40, Qafan rayonunda 57 və Qarakilsə rayonunda 43, ümumilikdə 195 tarix və mədəniyyət abidəsi aşkar edilib. Həmin abidələr üzrə ümumilikdə 1029 fotoşəkil və məlumatlar əldə olunub.

Qeyd edilib ki, Qərbi Zəngəzur əraziləri oğuz-türk abidələrinin çoxluğu ilə diqqət çəkir. Tarixin yaratdığı maddi sübutlar bu ərazilərin bir zamanlar oğuz-türk yurdu olması gümanını da təsdiqləyir. Bu abidələr Qafan, Mehri, Qarakilsə və Gorus rayonları ərazilərində kifayət qədər çoxdur. Qədim qəbiristanlıqlar, məqbərələr, məscidlər, qalalar, daş fiqurlar, süjet xarakterli oymaların bir çoxu zaman-zaman ermənilər tərəfindən dağıdılsa da, onların bir çoxu yaşayaraq dövrümüzə qədər gəlib çıxıb.

Vurğulanıb ki, tarixdə daha çox Qafqaz Albaniyası kimi tanınan, 1000 illik tarixi olan bir dövlətin mədəniyyətinin və tarixinin inkar edilməsi, əlbəttə, erməni saxtakarlığından başqa bir şey deyildir. Erməni saxtakarlığı bu ərazilərdə daha çox memarlıq abidələrində özünü büruzə verir. Ermənilər unikal alban dövrü tikililərinin üzərindən bir çox bədii ornamental görüntüləri, yazı və simvolları silir, abidələrin daxili və xarici interyerində dəyişiklik edərək tanınmaz hala salırlar. Təəssüf hissi ilə demək olar ki, Qərbi Zəngəzur ərazilərində 200 tarixi əhəmiyyətli türk kənd və şəhərləri dağıdılıb.

Bildirilib ki, bir əsrdən çoxdur ki Qərbi Zəngəzurda ermənilər Azərbaycanın mədəni irs nümunələrinin məhv edilməsini həyata keçirirlər. Vorotan (Bazarçay, Bərguşadçay) dərəsindəki Köhnə Xot, Köhnə Şinuayr, Köhnə Əlidərə kəndlərinin xarabalıqları ilə qarşılaşırsan. Bu kəndlərdə ermənilər tərəfindən 800-dən çox tarix və mədəniyyət abidələri, yaşayış evləri məscidləri, Alban dövrü bazilika və sovmələr, bədii daş nümunələri, qəbirüstü abidələr, qəbir daşları, at qoç fiqurları dağıdılaraq yararsız hala salınıb. Azərbaycanın mədəni-irs nümunələrindən təmizlənən bu ərazidə, yalnız Bazarçay dərəsinin sol yamacında Alban memarlığının yadigarı Tatev monastırı öz əzəmətini qoruyub saxlaya bilib.






Baxış sayı: 305
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30