FACT-INFO.AZ » AKTUAL » Antiterror tədbirləri zamanı dinc əhalinin zərər çəkməməsi Ordumuzun peşəkarlığının göstəricisidir
25-09-2023, 09:10 | AKTUAL
Antiterror tədbirləri zamanı dinc əhalinin zərər çəkməməsi Ordumuzun peşəkarlığının göstəricisidir

Fact-info.az-ın  məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov antiterror tədbirlərinin necə və hansı şəraitdə aparılmasını şərh edərkən deyib.

O bildirib ki, antiterror tədbirləri ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu, mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsi şəraitində aparıldı. Hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərək Azərbaycan Silahlı Qüvvələrinin XXI əsr hərbi əməliyyatlar nümunəsini ortaya qoydu. Qırx dörd günlük müharibədən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksəldi. Beləliklə, ən müasir standartlara cavab verən peşəkar ordu formalaşdı və onun qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək bacarığına malik oldu.


Hərbi ekspertin sözlərinə görə, antiterror tədbirlərində prioritet məsələlərdən biri də mülki əhalinin və yaşayış məntəqələrinin təhlükəsizliyi idi. Bununla bağlı Ordumuzda məhz yaşayış məntəqələrinə yaxın, hətta orada olan legitim hədəflərə dəqiq atəşlə zərbə vura biləcək xüsusi təyinatlı vasitələr ayrılmışdı. Ona görə döyüşlərin birinci mərhələsi məhz atəş hücumundan başlayıb. Bu zamanı bütün legitim hədəflər məhv edilib, qarşı tərəfin müqaviməti qırılıb. Antiterror tədbirləri zamanı dinc əhali və yaşayış məntəqələri zərər çəkməyib. Bu da bir daha Azərbaycan Ordusunun peşəkarlığının göstəricisidir. Qanunsuz silahlılar, terrorçular öz mövqelərini tərk edib və orada yaşayan mülki erməni vətəndaşların dəstəyindən də məhrum olub.

Polkovnik qeyd edib ki, antiterror tədbirlərin əsas məqsədi reinteqrasiya prosesini praktiki şəkildə həyata keçirmək üçün şərait yaratmaq idi. Bunun nəticəsi olaraq sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə görüşüb. Konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tezliklə icrasının vacibliyi vurğulanıb. Beləliklə, görüşdə Azərbaycanın maraqları tam təmin olundu.

“Digərə tərəfdən erməni cəmiyyəti də artıq bu vəziyyətdən özü yorulub. Dövlətimizin başçısının dediyi kimi, ermənilər Qarabağ iqtisadi rayonunda yaşayan, oradakı silahlıların girovuna çevrilib və azad edilmiş cəmiyyət bundan sonra reinteqrasiya proseslərinin həyata keçirilməsi üçün səylər göstərəcək. Onlar Azərbaycan cəmiyyəti ilə birlikdə reinteqrasiya istiqamətində addımlar ataraq prosesin davam etməsi üçün şərait yaradacaqlar.

Düşünürəm ki, Azərbaycan Ordusunun antiterror tədbirlərinin ilk günündə göstərdiyi şücaət, qəhrəmanlıq və iradə, eləcə də “Dəmir yumruq” nəticəsində 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın dördüncü bəndi yerinə yetirildi. Bununla da reinteqrasiya prosesinin reallaşdırılması üçün və görüşlə bağlı erməni tərəfinin müraciət etməsinə nail olunaraq həmin prosesə başlanıldı. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli məqsədilə Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə İşçi qrup yaradıldı”, - deyə hərbi ekspert fikrini yekunlaşdırıb.




Baxış sayı: 174
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30