FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Şair, puplisist Əvəz Müəllim Hacıyevlə Naxçıvanda görüş keçirilib
4-09-2023, 08:15 | MƏDƏNİYYƏT
Şair, puplisist Əvəz Müəllim Hacıyevlə Naxçıvanda görüş keçirilib

 Görüşdə şairin yaradıcılığına nəzər salınıb, onun şeirləri səsləndirilib.

Şair, puplisist Əvəz Müəllim Hacıyevlə görüşdə  kitabxananın elmi işlər üzrə direktor müavini Yeganə Səfərova, kitabxananın kütləvi iş şöbəsinin müdiri Turqay Orucov, adı çəkilən qurumun digər əməkdaşları Vəsilə Cəfərova, Aytən Məmmədova və digər şəxslər çıxış ediblər.

Xatırladırıq ki, fəlsəfi baxışları, söz sənətinə fərqli yanaşmaları ilə tanınan, bir sıra kitabların müəllifi Əvəz Müəllim (Hacıyev Əvəz Dadaşxan oğlu) ilk şeirlərini orta məktəb illərindən yazmağa başlamışdır. Qəzet və jurnallardakı ədəbi fəaliyyəti əsasən 2000-ci ildən ardıcıl və davamlı olmuşdur. “Qələm” qəzetində “Elm, təhsil,incəsənət” üzrə şöbə müdirü işləmişdir. Müxtəlif qəzet və jurnallarda (“Yurd”,,”Beyrüs- Səfa”) publisistik yazıları və şeirləri çap olunmuşdur. Qarışıq janrlardan ibarət “Sənli günlərim” adlı kitabı çapdan çıxmış və oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.

Əvəz Müəllimin yaradıcılığında Təbriz önəmli yer tutur. Onun yaradıcılığı Vətən dərdinin dilində danışa bilir. Onun bütöv Azərbaycan ağrısı ənənəvi mövzunun bu günün dili ilə danışan obrazıdır.

Əvəz Müəllim «Təbriz küçələrində uyuyan Qaragilə» Rübabəni yada salır, sanki bu qədim həsrət dolu xalq mahnısını Ərdəbildən Təbrizəcən dinləyə-dinləyə gedirsən. Özü də göz yaşları altında. Yaxud ustad Şəhriyarın xatirəsinə həsr olunmuş «Xoşginabda keçən günlər», «Cənub həsrətli Novruz günləri», «Şahbani – yoxsa cani» esselərini də həyəcansız oxumaq mümkün deyil. Əvəz Müəllimin vətəndaşlıq qeyrəti ağır Qarabağ ağrılarının altında çiyinlərini bükmür. Bu ağrılara Şuşa-Təbriz yolu çəkir və inanır ki, bir gün Bakıdan iki yol birbaşa ayrıca maneəsiz sərhədsiz keçəcək. Biri Şuşaya, biri də Təbrizə. Eləcə də Təbrizdən Şuşayacan urəkdolusu sevinclə gələcəyi günü də uzaqda görmür.

ARAZ, HEY!

Başımıza od ələndi,

Araz üstə səpələndi , Dərd dərd üstə təpələndi,

Ürəklərdə qövr eyləyən yaram, hey!

Sazaq vurub açılmayan aram, hey!

Ulu yurdu bölən yarı,

Gec-tez gələr haqqa sarı,

Tərk eyləyər bu diyarı,

Sevincimiz onda olar payım, hey!

Üzə gəlib üzlənər haqq-sayım,hey

Ümidlərə sərhəd olan xan Araz,

Xannan səndə qalıbmı bir can, Araz?

Quruyuban, alışıban, yan Araz!

Dərd-möhnətdən sakit axan çayım hey!

Daşa dəyən harayım hey, hayım hey! Müəllimin arzuları səndədir,

Göz yaşları səninlə bir təndədir,

Biz bir olsaq düşmən bizdən gendədir,

Gümanlara qınaq olan Araz, hey!

Səngiməyən göz yaşları bəyaz,hey!

Fact-info.az 







Baxış sayı: 641
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Bu gün, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Bu gün, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Bu gün, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Bu gün, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir Dünən, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub Dünən, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar Dünən, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində Dünən, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Dünən, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Dünən, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Dünən, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Dünən, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Dünən, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib 3-11-2026, 16:30 Sovet repressiyasının əhatə dairəsi 3-11-2026, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib 3-11-2026, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır 3-11-2026, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib 3-11-2026, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq 3-11-2026, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək 3-11-2026, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib 3-11-2026, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30