FACT-INFO.AZ » XƏBƏR » Regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılı olacaq
17-08-2023, 11:35 | XƏBƏR
Regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılı olacaq

Ona görə, biz cavab tədbirləri, bəyanatlar əvəzinə diplomatik və yeri gələndə hərbi müstəvidə hücumda olmalıyıq.

 Bəzi şəxslər düşünür ki, Qarabağda gedən proseslər haqqında dünya yetərincə məlumatlıdır.  Bu doğru yanaşma deyil.  Xarici dövlətlərin  rəsmi dairələrinin məlumatlı olması təbii haldır. Geniş ictimaiyyətin isə bilgilərinin yetərli olması inandırıcı deyil. Ona görə, Cənubi Qafqazda, o cümlədən Qarabağda gedən  proseslərlə bağlı yerli və xarici media vasitəsilə geniş, dəqiq izahatların aparılması son dərəcə zəruridir. Bəzən məlumatsızlıqdan Qarabağda gedən proseslərlə bağlı dünyada yanlış rəy formalaşır.

 Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi Yaşar Əliyevin  BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya “humanitar böhran”la bağlı müzakirələrdə çox məntiqli çıxışı bir çox mətləblərə aydınlıq gətirdi. Deməli, Azərbaycan tərəfi öz ədalətli mövqeyini ortaya qoyaraq  dünyanın çox nüfuzlu media quruluşları vasitəsilə sözün yaxşı mənasında izahatlarını davam etdirməlidir. 

Digər bir zəruri məqamla bağlı fikrimi bildirmək istərdim.  Qarabağda kök salmış erməni silahlılarının Azərbaycan ərazisini tərk etməsi üçün  Rusiya  sülhməramlılarına, oradakı separatçılara, Ermənistan hakimiyyətinə vaxt verilməlidir. Vaxt bitən kimi Azərbaycan Ordusu hərəkətə keçməlidir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalıdır. 

Rusiya Sülhməramlılarına, Qarabağda yaşayan sadə ermənilərə izah olunmalıdır ki, əlində silah olan ermənin yanında dayanmamalısan. Əks təqdirdə terrorçunu zərərsizləşdirən Azərbaycan əsgərinin gülləsinə hədəf ola bilərsən. Televiziya, media vasitəsilə Azərbaycan qanunları çərçivəsində yaşamaq istəyən Xankəndindəki sadə erməni ailələrinə müraciətlərin sayı artmaldır.   

İnandırmaq lazımdır ki,  erməni silahlıları yalnız region üçün deyil, həmçinin Azərbaycan vətəndaşları olan ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir.  Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin  kökünün birdəfəlik kəsilməsindən asılı olacaq. 

Əkrəm Bəydəmirli


Əkrəm Bəydəmirli



Baxış sayı: 337
Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00 Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm 30-10-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30