FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Qərbi Azərbaycanda və Qarabağda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasətidir
31-07-2023, 20:00 | TƏDQİQATLAR-ANALITIKA
Qərbi Azərbaycanda və Qarabağda toponimlərin dəyişdirilməsi Ermənistanın dövlət siyasətidir

Bunlardan biri işğalçılar tərəfindən türk toponimlərinin erməni adları ilə əvəzlənməsidir. Heç kimə sirr deyil ki, Azərbaycan vətəndaşlarının fiziki cəhətdən məhv edilməsi, onların öz tarixi vətənindən qovulması, azərbaycanlılara məxsus maddi-mədəniyyət abidələrinin dağıdılması və mənimsənilməsi ilə yanaşı, bölgə tarixi ermənilər tərəfindən geniş miqyasda saxtalaşdırılmaya da məruz qalıb. Birinci Qarabağ müharibəsindən sonra ermənilər ideoloji müharibədə öz arsenallarında olan daha bir hiylə işlədiblər. Belə ki, onlar işğal etdikləri ərazilərdə ilkin yer adlarının (toponimlərin) demək olar hamısını dəyişdiriblər. O dövrdə qarşıya qoyulan məqsəd belə idi - Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisini bu ərazilərdən qovmaq, orada olan azərbaycanlıların tarixi yaddaşını silmək.

Ölkə ərazilərindəki toponimləri və inzibati yaşayış məntəqələrinin adlarının erməni adları ilə əvəzlənməsi XVIII əsrin sonlarında Qarabağ xanlığının ləğv edilməsi və çar Rusiyasının Azərbaycan ərazilərinin işğalı ilə bərabər başlayıb. Ermənilərin toponimik ekspansiyası, əslində, Qərbi Azərbaycanda aparıldığı kimi, işğaldan azad olunmuş ərazilərdə də inkişaf etdirilib - ərazini etnik təmizləməyə məruz qoymaq, toponimləri və yer adlarını dəyişdirmək.

Qarabağın toponimlərinin ermənilər tərəfindən dəyişdirilməsi ilə bağlı fəaliyyətin dövlət səviyyəsində həyata keçirildiyi faktlar da ortaya çıxır. Bu məsələ ilə bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin orqanı olan “Sovetakan Karabax” (Sovet Qarabağı) nəşrinin səhifələrində mütəmadi olaraq müzakirələr aparılır və uzun illər Azərbaycan tarixinin saxtalaşdırılması istiqamətində hazırlanan materiallar “tarixşünaslığın” əsasları kimi təqdim olunurdu. İlk növbədə, ermənilər toponimləri dəyişdirərkən özlərinə məxsus toponimik sistemin xüsusi qaydaların qanunauyğunluqlarını yaratmağa çalışır və yeni toponimika elmi kimi səciyyələndirməyə çalışırdılar. 

Burada onlar xüsusi olaraq təbiət hadisələrini, cəmiyyətin sosial-iqtisadi həyatı, məişəti, inancları və sair haqqında məlumat daşıyan, eyni zamanda, bu ərazilərdə keçmiş əsrlərdə yaşamış nəsillərin izlərini öyrənərək yeni toponimlərin tətbiqini sistemləşdirməyə çalışırdılar. Eyni zamanda, bütün bu saxtakarlığı linqvistik vasitələrlə ifadə edirdilər. Həmçinin tətbiq edilən toponimik sistem Qarabağda yaşayan erməni əhalisinin tarixi və mədəni dəyərləri kimi təqdim olunurdu. Bütün bunlara baxmayaraq, ermənilər uzun illər “Artsax” toponimlərini peşəkar tədqiqat obyektinə çevirə bilmədilər. Bu baxımdan Tsamadzor (Dərəkənd), Arakul (Aragül), Хnushinak (Xanoba), Spitakaşen (Ağkənd), Muşkapat (Mqşkapat), Karakulux (Daşbaşı), Кarintak (Daşaltı), Noraqyux (Təzəbinə), Хantsx (Xanyeri), Vank (Vəngli) və dəyişdirilən digər bu kimi adlar reallıqda öz əsasını tapmadı.

Tarixən Qarabağın özünəməxsus iqtisadi və mənəvi əlaqələri olub, ərazi etibarilə burada müxtəlif əsrlərdə müxtəlif xalqların və tayfaların (səlcuqlar, monqol-tatarlar) izlərinə rast gəlmək mümkündür. XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər əraziyə hökmranlıq etmiş Qarabağ xanlığı dövründə də iqtisadi və mədəni dəyişikliklər olub. Bütün bunlar Qarabağın toponimlər sistemində iz buraxmaya bilməzdi. Lakin ermənilərin bütün bu tarixi gerçəklikləri nəzərə almaması və ya qəbul etməməsi təəssüf doğurur. Digər tərəfdən Qarabağda ermənilərin məskunlaşdıqları azərbaycanlılara məxsus Mehtikənd, Daşkənd, Fərrux, Sərdarkənd, Seydidkənd kimi adların İran ləhcəsindən yarandığını və ermənilərə məxsusluğunu iddia etmək kökündən yalandır. 

Ermənilərin yaratdıqları Qarabağın yeni toponim sisteminə Azərbaycana məxsus Dəhraz, Sərsəng, Çıldıran, Çərəkdar, Xocavənd, Hadrut, Xanabad, Daşbulaq, Ağbulaq, Xırmancıq, Qarabulaq, Çaylı və başqa adlar İran və rus toponimləri kimi izah olunur. Bütün bunlar bəs deyilmiş kimi, guya bəzi erməni toponimlərinin sonradan Azərbaycan dilinə keçməsi barədə də sərsəm fikirlər səsləndirilir. Bu qəbildən onlar Vank–Vəngli, Şoş-Şuşikənd, Edilu-Edilli kənd adlarını misal kimi göstərirlər. Eləcə də Aranzəmin, Daşaltı, Təzəbinə və bu kimi digər adların xalq dilindən guya səhv tərcümə olunduğunu iddia edərək Qaraqlux-Daşbaşı, Krasnı-Dağdağanlı kimi adları yeni sübutlar kimi göstərirlər. Lakin erməni tarixçiləri unudurlar ki, toponim və yer-yurd adları xalq dilində olduğu kimi sistemə daxil edilir, əgər hansısa dilə tərcümə olunaraq yazılırsa, deməli, toponim formasını itirir.

Ermənilər Qarabağ toponimlərini dəyişdirərkən onları erməni ləhcələrinə uyğunlaşdırmaları bu toponimlərin saxtakarlığa uğradıldığının əyani sübutudur. Bir qayda olaraq toponimləri saxtalaşdırarkən ermənilər bunu özlərinin milli mentalitetlərinə uyğunlaşdırırlar ki, bu da eyni toponimin bir neçə erməni adı kimi formalaşmasına səbəb olur. Məsələn Tumi-Domi, Xtsaberd-Xozaberd, Tsor-Tzur və s. Qarabağda bəzi kəndlərin adları erməni toponimləri ilə əvəzlənəndə məzmunca mənasını itirir: Qala dərəsi, Qaraqışlaq, Qarakənd, Qızqala, Dəmirçilyar, Ağcakənd, Düdükçü və s. Çox vaxt bəzi Azərbaycan kəndlərinin azərbaycanca səsləndirilən adlarının erməni mənşəyindən gəldiyi iddia olunur. Məsələn, Moxranes - Susnlıq, Nngi – Cəmiyyət, Aterk - Həsəngiz, Arkatali - Muxtarkənd, Avetarots - Çanaxçı, Karmirqyux - Keşişkənd. 

Ona görə də erməni dilində kəndlərimizin bir çox rəsmi adları (oykonimlər) bu kəndlərin sakinlərinin dediklərindən fərqlənir. Toponimlər şəffaf və qeyri-şəffaf, yəni qavranılan və anlaşılmaz kimi iki hissəyə bölünür. Beləliklə, Noraqyuq, Yeqtsaq, Getavan, Caqatsner kimi adlar nəinki Azərbaycan dilində, eləcə də ermənicə danışanlar üçün kifayət qədər başadüşülən toponimlər deyil. Adlandırma funksiyasını yerinə yetirən erməni tarixçiləri bu adların özəlliyi haqqında heç nə demirlər. 

Burada çox vaxt yalançı ifadələri, guya xalq “etimologiyası”na uyğunluğunu təqlid etməklə toponimin adətən yanlış, səhv izahını verirlər. Beləliklə, toponim kimi təqdim edilən erməni adlarının müasir qavrayışı onların ilkin forma və məzmununa uyğun gəlmir. Qarabağda bəzi yaşayış məntəqələrinin adlarını məskunlaşdıqları əraziyə XVIII-XIX əsrlərdə İrandan və Türkiyədə yaşadıqları ərazilərdən gətiriblər. Məsələn, Marağa, Həsənqaya və sair. Belə toponimləri ermənilər öz mirasları kimi qəbul etdiklərindən bu adların dəyişdirilməsində o qədər də maraqlı deyillər. Yaşayış məntəqələrinin adlarının dəyişdirilməsinə gəlincə, burada çox ciddi və düşünülmüş yanaşma tələb olunsa da, ermənilər o qədər də bunun fərqində olmayıblar.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov




Baxış sayı: 682
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub 3-11-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30