FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İstiqlal və inkişaf tariximizə fövqəladə və səlahiyyətli baxış
28-10-2016, 11:15 | TƏDQİQATLAR-ANALITIKA
İstiqlal və inkişaf tariximizə fövqəladə və səlahiyyətli baxış

Bu əlamətdar tarixə həsr olunmuş rəsmi qəbulda prezident İlham Əliyev qət edilən mərhələdə dövlətimizin suveren daxili və xarici siyasətinin başlıca yekunları haqda danışarkən qeyd etmişdir:

"Azərbaycan dünya miqyasında böyük rəğbətə malik olan bir ölkədir. Üzv olduğumuz bütün təşkilatlarda sözümüzün böyük çəkisi var. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün dünya bizim prinsipial mövqeyimizi, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Biz BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Dünyanın 155 ölkəsi bizə səs verdi. Dünya birliyi bu gün bizi dəstəkləyir''.

Yeni işıq üzü görmüş, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin tərtib etdiyi və ölkəmizin 25 illik müstəqillik tarixinə həsr olunan, Azərbaycan və ingilis dillərində çap olunan "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə'' adlı kitabla tanışlıq, həm dövlət başçısının fikirlərinin daha bir təsdiqi, həm də tarixi yubiley baxımından mühüm əhəmiyyətə malikdir.

Nəşrin ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovdur. Kitabın yaranma ideyası haqda o, müstəqillik illərində dövlətçiliyin bütün istiqamətlərdə inkişafına həsr edilən konseptual məzmunlu "Ön söz''də yazır: "18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ili tamam olur. Bu müddət ərzində Azərbaycan 177 ölkə ilə diplomatik münasibətlər qurmuş, xarici ölkələrdə və beynəlxalq təşkilat yanında 91 diplomatik missiya təsis etmişdir. Eyni zamanda, bu gün Bakıda 62 ölkənin diplomatik missiyası fəaliyyət göstərir. Bu uğurların qazanılmasında ölkədə fəaliyyət göstərən diplomatik korpusun və onların rəhbərlərinin böyük rolu olmuşdur. Bu mənada, Azərbaycanın bu müddət ərzində dost ölkələrlə münasibətlərinin ölkədə akkreditə olunmuş diplomatların nöqteyi-nəzərindən təqdim olunmasının maraq kəsb etdiyini düşündük və bu məqsədlə, "Müstəqil Azərbaycanın 25 ili: səfirlərin gözü ilə'' adlı məqalələr toplusunu nəşr etmək qərarına gəldik''.

Müstəqilliyin gerçək tarixi, Azərbaycan reallıqları haqda yazılan bütün kitablar qiymətlidir. Çünki burada şahidi olduğumuz ən yeni tariximiz, keçilən çətin və şərəfli yolumuz əksini tapır, tarixi yaddaşa həkk olunur və gələcək nəsillər üçün mənbəyə çevrilir. Eyni zamanda suverenlik tariximizin ilk dəfə yazılan, artıq tarixə qovuşan 25 illik uğurlarına kənardan, xüsusilə də, dünya birliyi ölkələrinin rəsmi təmsilçilərinin – səfir və diplomatların baxışı etiraf edək ki, xüsusi dəyərə və əhəmiyyətə malikdir. Bəhs edilən kitab məhz bu baxımdan diqqəti cəlb edir.

Kitabın "Ön söz''ündə yalnız xarici siyasətimiz haqda deyil, dövlətçiliyin mühüm sahələrində uğurlarımızın dəyərləndirilməsi verilmişdir. Burada milli quruculuğun 25 illik tarixinin yekunları və mahiyyəti "İqtisadi-siyasi böhrandan inkişaf modelinə yüksəliş'', "Xarici siyasətin Azərbaycan modeli'', "Enerji sahəsində etibarlı tərəfdaş'', "Multikulturalizm – yaşam tərzinə əsaslanan dövlət siyasəti'', "Dağlıq Qarabağ münaqişəsi – regionun inkişafına ən böyük maneə'', "Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi səfirlərin gözü ilə'' – prioritet istiqamətlərdə konseptual təhlil edilmişdir. Müəllif Azərbaycanın bugünkü uğurlarının nəyin bahasına əldə edildiyinin dərk edlməsi, onların ədalətli dəyərinin verilməsi üçün start imkanlarına – "müstəqilliyin əldə olunduğu dövrə, Ermənistanın dövlətimizə qarşı hərbi təcavüzünə, mövcud siyasi sistemin çökməsi ilə bağlı iqtisadiyyatın iflic vəziyyətə düşməsinə nəzər salmağı, Azərbaycanın siyasi, sosial və iqtisadi inkişaf baxımından nə qədər böyük inkişaf yolu keçməsinin real mənzərəsini görmək üçün isə beynəlxalq təşkilatların təsdiq etdiyi statistika və reytinqlərə baxmağı'' vacib hesab edir.

"Xarici siyasətin Azərbaycan modeli” adlı hissə oxucu üçün bir neçə aspektdə mühüm maraq kəsb edir. Məlum olduğu kimi, Azərbaycanın dövlətçiliyinin və dünya ilə qarşılıqlı əlaqələrinin tarixi çox qədim olsa da, bununla müqayisədə, milli dövlət statusunda həyata keçirilən xarici siyasət təcrübəsi ötən əsrin əvvəlində cəmi 23 ay çəkib. Yəni ümumilikdə mövcud olmayıb. Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci mərhələsində daxili siyasət sahəsində bütün istiqamətlərdə inkişafın təməl əsaslarını yaratmışdı. Bununla belə, 25 il bundan öncə ölkəmiz Sovet İttifaqının bir hissəsi olmuş, nə ölkə xaricində, nə də daxildə heç bir səfirlik mövcud olmamış, xarici siyasət institutu yalnız simvolik xarakter daşımışdır.

Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpası ilə Azərbaycan öz müstəqilliyinin ən başlıca atributlarından olan suveren xarici siyasətini, başqa sözlə deyilsə, 1993-cü ildən sıfırdan başlayaraq həyata keçirmişdir: "Müstəqilik illərində formalaşan xarici siyasətin Azərbaycan modelinin başlıca amillərinin – balanslaşdırılmış, çoxvektorlu əməkdaşlıq, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlara əsaslanan xarici siyasət – Heydər Əliyev dühasının praqmatik siyasi kursu ilə müəyyən edilmişdir''.

Qeyd edilənlər baxımından, qısa bir müddətdə, müstəqil xarici siyasət modelinin formalaşması, onun nəinki ölkəmizin inkişafına, eləcə də regionda və dünyada əməkdaşlıq və təhlükəsizliyin təminatçısına çevrilməsi kitabın "Ön söz''ündə real faktlarla təsdiqini tapmışdır. Dünya siyasi xəritəsində yeni müstəqil dövlətin yaranması ilə, təcavüzkarlığa və informasiya blokadasına məruz qalan bir ölkənin, "Azərbaycan'' sözünün məlum olmadığı coğrafiyalarda tanıdılması, işğalçı müharibə və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə milli quruculuğu xilas edə biləcək xarici investisiyaların ölkəyə cəlb edilməsi və s. bütün bunlar dövlətimizin beynəlxalq birlikdə özünü təsdiq etməsi üçün keçməli olduğu fövqəladə mürəkkəb vəzifələrdən yalnız bir neçəsi idi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursu və onun yüksək səviyyədə davamı sayəsində Azərbaycan bütün maneələri dəf etdi və dünya birliyində malik olduğu layiqli yeri tutdu. "Mürəkkəb geosiyasi regionda yerləşməsinə və çətin inkişaf yolu keçməsinə baxmayaraq, Azərbaycan bu gün həyata keçirdiyi müstəqil və balanslaşdırılmış xarici siyasət sayəsində region əhəmiyyətli layihələrin təşəbbüskarına, etibarlı tərəfdaşa çevrildi''.

Kitabda 49 dövlətin Azərbaycan Respublikasına akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin, həmçinin BMT, Avropa İttifaqı, TürkPA və TRASEKA kimi beynəlxalq qurumların Bakıdakı nümayəndəliklərin rəhbərlərinin təmsil etdikləri ölkələrin və qurumların rəsmi təmsilçilərinin məqalələri yer almışdır. Adıçəkilən beynəlxalq təşkilatlara üzv dövlətlərin sayının onlarla hesablandığını nəzərə alsaq, məqalələrdə təqdim edilən mövqelərin dərin dəyərini bir daha təsəvvür etmək mümkündür.

Məqalələr ənənəvi olaraq təsəvvür edilən, yubileylərlə bağlı hansısa təbrik və yaxud xoş arzular deyil. Hər bir səfirin məqaləsini dövlətimizin milli quruculuq tarixinin uğurlarının bir daha təsdiqi, qarşılıqlı münasibət və əlaqələrinin 25 illik tarixində əldə edilmiş ən mühüm hadisələrin salnaməsi, əldə olunan nəticələrin və perspektivlərin qiymətləndirilməsi kimi hesab etmək olar. Məhz bu xüsusiyyət kitabı müstəqillik tariximiz haqda yazılan dəyərli mənbəyə çevirir.

Səfir fenomeni, diplomat fiquru, onların nüfuzu, ciddi peşə statusu, olduqları ölkəni tanımaq səriştəsi və dövlətçilik missiyası haqda mövcud olan təsəvvürlər, onların kitabda Azərbaycan haqda təqdim etdikləri mövqe və baxışlara da ciddi əhəmiyyət verməyi şərtləndirir. Hər bir səfir məlum olduğu kimi öz ölkəsinin təmsilçisi olmaqla yanaşı, həm də simvolu hesab edilir.

Bu baxımdan "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə'' adlı kitabda Azərbaycanın milli quruculuq tarixi və nailiyyətləri ilə bağlı yer alan faktlar gerçək tarixi xronika olmaqla yanaşı, dünya birliyi ilə əlaqələrin bugünkü reallığıdır. Hər hansı ölkədə diplomatın fəaliyyət müddəti müəyyən zaman məhdudiyyətinə malikdir. Kitabda müstəqilliyin bərpasının 25 illik tarixinə onların baxışının yer alması, təmsil etdikləri ölkələrin ümumi münasibəti kimi təqdim edilir.

Təqdirəlayiq olan haldır ki, Azərbaycanın milli quruculuq yoluna onlarla ölkənin səfirlərinin baxışlarından görünən ümumi mənzərə belədir: bu illərin ən başlıca yekunu-müstəqil xarici siyasət modelinin formalaşması, 25 illik qalibiyyət sınağından çıxması və uğurları yalnız ölkəmizdə deyil, həm də qlobal məkanda real faktlarda öz etirafını və təsdiqini tapmışdır.

Bu gün xarici siyasətin, diplomatların imkanları da, onları təmin etmək vasitələri də yeniləşir, zənginləşir. "Yumşaq güc'' adlanan çoxşaxəli imkanlar "arsenalı'' beynəlxalq münasibətlər sisteminin bütün sahələrinə nüfuz edir, öz ölkəsinin cəlbedici obrazını tanıtmağa xidmət edir.

Tərtibçilərin böyük zəhməti nəticəsində ərsəyə gələn "Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə'' adlı kitabdan görünən müstəqil Azərbaycanın cəlbedici mənzərəsi kitabın həm də "yumşaq güc'' aspektində əhəmiyyətini daha da artırır. Kitabda bu qəbildən yazılan əsərlərlə müqayisədə, ilk dəfə bu qədər çox ölkənin təmsilçisinin məqalələri çap olunub. Kitab ən yeni tariximizlə bağlı əks olunan real faktlar, statistik rəqəmlər, dünya birliyi ilə qarşılıqlı münasibətlərin əhəmiyyətli səhifələrinin yer alması baxımından beynəlxalq münasibətlər və onun suveren subyekti olan Azərbaycan haqda tədqiqat aparanlar, geniş auditoriya üçün çox dəyərli mənbə hesab oluna bilər.

Newtimes.az
Tahirə AllahyarovaAzərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru

 

 

 

 

 

 




Baxış sayı: 1 726
Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub Bu gün, 10:30 Hafizəni yaxşılaşdıran təbii vasitələr Bu gün, 10:30 Amerikalı ekspert: Azərbaycan Sülh Şurasının effektiv fəaliyyətinə əhəmiyyətli dərəcədə töhfə verəcək Bu gün, 10:00 “İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr olunub Bu gün, 10:00 DTX Rusiya-Ukrayna müharibəsində iştirak edən daha 4 vətəndaşı həbs edib Bu gün, 09:30 Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub Dünən, 20:00 Pezeşkian ABŞ-la danışıqlara başlamağa göstəriş verib Dünən, 18:00 TRIPP layihəsinə etiraz edən Ermənistandakı revanşistlər Dünən, 17:00 Kibergigiyena və kibermaarifləndirmə təlimlərinə 6800-dən çox dövlət və özəl qurumu əməkdaşları cəlb olunub Dünən, 14:00 Zəngəzur dəhlizi layihəsi çoxşaxəli geoiqtisadi platformaya çevrilir Dünən, 11:30 ATU-da “Basarkeçər həkimləri” kitabının təqdimatı keçirildi- FOTOLAR Dünən, 10:30 Qərbi Azərbaycanın Basarkeçər həkimlərinin toplantısı və kitabın təqdimatı keçirilib- FOTOLAR Dünən, 10:00 Azərbaycan Prezidenti Gənclər Günü ilə bağlı paylaşım edib Dünən, 09:30 Suriya hökuməti əsir düşərgələrini bağlamağı planlaşdırır Dünən, 09:00 Cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında önəmli rol oynayır Dünən, 08:30 Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO Dünən, 07:30 “Türkiye” qəzeti: Ankara qoşunlarını Suriyadan çıxarmaq üçün üç şərt irəli sürüb 1-02-2026, 15:00 “Nəsillərin dialoqu” adlı yeni musiqi layihəsi təqdim edilib 1-02-2026, 09:00 Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib 1-02-2026, 08:00 Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub 1-02-2026, 07:30 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 31-01-2026, 20:00 “Sülh Qalxanı – 2026” birgə təliminin hazırlıq məşqləri keçirilir 31-01-2026, 11:00 Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür 31-01-2026, 10:00 Türkiyədəki muzeydə Azərbaycan tarixi bağlı guşələr yaradılacaq 30-01-2026, 20:30 Ali Rada: Azərbaycandan Ukraynaya göndərilən humanitar yardımın məbləği 45 milyon dolları ötüb 30-01-2026, 20:00 BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Hikmət Hacıyev ilə görüşüb 30-01-2026, 18:30 RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək 30-01-2026, 17:30 Qusarda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün iki çoxmənzilli yaşayış binası inşa olunur 30-01-2026, 16:30 Antonio Quterreş: Dünya davamlı mənfi sürprizlər fonunda xaosa sürüklənir 30-01-2026, 11:00 Ötən il TƏBİB tabeli tibb müəssisələrində 94 milyona yaxın xidmət göstərilib 30-01-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728