FACT-INFO.AZ » SİYASƏT » Stoltenberq: Türkiyə İsveçin ən qısa zamanda NATO-ya qəbuluna razılaşıb
11-07-2023, 09:55 | SİYASƏT
Stoltenberq: Türkiyə İsveçin ən qısa zamanda NATO-ya qəbuluna razılaşıb

Fact-info.az xəbər verir ki, müvafiq razılaşma barəsində mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq məlumat verib.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Yens Stoltenberq və İsveçin Baş naziri Ulf Kristersson arasında keçirilən üç tərəfli görüşün nəticəsində İsveçin alyansa daxil olmasına razılıq əldə olunub.

Mətbuat konfransında İsveç hökumətinin başçısı Ulf Kristersson bildirib ki, razılığın əldə olunması üçün krallıq öz üzərinə əlavə öhdəliklər götürüb. Həmin öhdəliklər çərçivəsində, təhlükəsizlik və polis sahələrində əməkdaşlığın gücləndirməkdən ibarət olan təhlükəsizlik müqaviləsinin imzalanması nəzərdə tutulub. “Çox şadam ki, üçümüz bu birgə bəyanatda əl sıxdıq və beləliklə, İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası istiqamətində çox böyük addım atırıq", - deyə Ulf Kristersson qeyd edib.

Bazar ertəsi axşam saatlarında reallaşan görüşdə Rəcəb Tayyib Ərdoğan İsveçin NATO müraciətinin ratifikasiyası müqabilində Türkiyənin Aİ-yə üzvlüyü ilə bağlı danışıqların bərpasını tələb edib. Türkiyə Prezidentinin İsveçin alyansa daxil olmasına icazə verəcəyinə dair açıqlamadan bir müddət sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Aİ-nin Türkiyə ilə daha dərin əməkdaşlığı imkanlarının araşdırdığını elan edib.

Xatırladaq ki, 2022-ci ilin iyul ayında Finlandiya və İsveç hökumətləri NATO-ya üzvlüklə bağlı müraciət edib. Qısa müddət sonra Türkiyə və Macarıstan xaric alyansa daxil olan bütün ölkələr müvafiq sənədləri ratifikasiya edib. Lakin Türkiyə alyansın üzvü kimi sənədi ratifikasiya etmədən müvafiq şərtlər irəli sürüb. Bu şərtlər arasında kürd separatçılarının terror təşkilatı kimi tanınması, İsveçdə gizlənən axtarışda olan şəxslərin Türkiyəyə ekstradisiyası və Ankaraya silah satışlarında qoyulan qadağanın aradan qaldırılması yer alıb. Rəsmi Ankara, həmçinin İsveç rəsmilərini Quranın yandırılması kimi nümayişlərə icazə verərək islamofob addımların atılmasında ittiham edib. Baş verən anlaşılmazlıqlar və aylar sürən danışıqların ardınca, Finlandiya 2023-cü il aprelin 4-də NATO-ya üzv olub. Öz növbəsində İsveç hökuməti Türkiyə və Macarıstanla uzun danışıqlar prosesini davam etdirərək, irəli sürülən tələblər əsasında müvafiq addımlar atmağa başlayıb. Belə ki, İsveç, silah satışlarına qadağanın qaldırılmasını, Türkiyəyə bir sıra axtarışda olan şəxslərin ekstradisiyasını elan edib. Bununla yanaşı, krallıq terrorla mübarizədə qanunvericiliyini gücləndirərək, bir sıra şəxslərə qarşı cinayət işlərini açıb.

Qeyd edək ki, NATO-ya daxil olmaqla İsveç tarixi dəyişikliyə imza atır. Belə ki, krallıq özünün 200 illik hərbi təşkilatlara qoşulmama siyasətinə son qoyur.




Baxış sayı: 175
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30