FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələr daha böyük perspektivlər vəd edir
8-07-2023, 10:30 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycanın Qoşulmama Hərəkatına verdiyi töhfələr daha böyük perspektivlər vəd edir

Fact-info.az xəbər verir ki,  bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söyləyib.

Qoşulmama Hərəkatının Azərbaycana, Azərbaycanın isə bu təşkilata verdiyi töhfələr barədə danışan Q.Paşayeva deyib: “Qoşulmama Hərəkatına üzv olan ölkələr Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə, eləcə də 44 günlük Vətən müharibəsinin gedişində və postmüharibə dönəmində bizim ədalətli mövqeyimizi dəstəkləyib. Həmin ölkələr BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinə mane olublar.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrü bu beynəlxalq platformanın “qızıl” dönəmi kimi qiymətləndirmək mümkündür. QH-nin institusional inkişafı baxımından da, beynəlxalq aləmdə nüfuzunu yüksəltmək baxımından da önəmli məsafə qət edib. Ayrıca, Azərbaycan Respublikası COVID-19 pandemiyası vaxtı QH-nin bir sıra üzvlərinə yardımlar göstərib. Bu yardımlar həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə baş tutub”.

Komitə sədri bildirib ki, əgər Azərbaycan Vətən müharibəsində tarixi Zəfərə imza atmasaydı, bölgəmiz, tərəfdaş ölkələr xeyli çətin vəziyyətdə qalmalı olacaqdı. Azərbaycanın yaratdığı yeni reallıqlar həm regionda, həm də dünyada müsbət təsirə malikdir.

Zəngəzur dəhlizinin əhəmiyyətindən danışan Q.Paşayeva bildirib ki, Bandunq prinsiplərinə əsaslanan fəaliyyətlə Azərbaycan-Qoşulmama Hərəkatı qarşılıqlı əlaqələri, ölkəmizin Hərəkata, Hərəkatın isə ölkəmizə töhfələri daha böyük perspektivlər vəd edir. Mürəkkəb dünyamızda Qoşulmama Hərəkatının rolunun artması bəşəri maraqlara cavab verir.

Azərbaycanın neokolonializm meyillərinin artmasından son dərəcə narahat olduğunu vurğulayan komitə sədri deyib: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qoşulmama Hərəkatı keçmişin belə hallarına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir. Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri olan Fransa və onun kimi dövlətlər beynəlxalq çağırışlara cavab verməlidir. Bu deyilənlər Fransanın və daha dörd böyük ölkənin daimi üzv olduğu BMT Təhlükəsizlik Şurasının yenidən formalaşmasının zəruriliyini özündə ifadə edir. Özü müstəmləkəçi olan ölkələr haqqı, ədaləti necə təmin edə və sülhdən danışa bilərlər. Bir faktı deyək ki, Fransanın soyqırımları ilə dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancvericidir. Bu yaxınlarda Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi də Makron Fransasının mahiyyətini əyani şəkildə göstərir”.

Q.Paşayeva təəssüflə bildirib ki, özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi.

“Fransa müstəmləkəçilik siyasətini indi də davam etdirir. O, bununla başqa dövlətləri təsiri altına salmağa çalışır. Azərbaycan Prezidenti bu barədə Qoşulmama Hərəkatının tribunasından danışdı, faktlarla Fransanın çirkin siyasət yürütdüyünü dünyaya bəyan etdi. Dövlətimizin başçısı müstəmləkəçi ölkə olan Fransanın Qarabağda erməni separatizmini dəstəklədiyini bildirərək, öz mənfur siyasətini Cənubi Qafqaz regionunda da tətbiq etmək arzusunda olduğunu diqqətə çatdırdı. Azərbaycan Prezidenti Ermənistana və onu dəstəkləyən qüvvələrə bir daha xəbərdarlıq etdi”, - deyən Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.




Baxış sayı: 326
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib 3-11-2026, 19:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30