FACT-INFO.AZ » CƏMİYYƏT » Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb
5-05-2025, 19:00 | CƏMİYYƏT
Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb

Mayın 5-də Medianın İnkişafı Agentliyi (MEDİA) və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb.

Açılışda çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva iştirakçılara təşkil olunan proqramın əhəmiyyətindən danışıb. O, Medianın İnkişafı Agentliyi ilə birgə icra olunan təlim proqramının media nümayəndələrinin bilik və bacarıqlarının inkişafına, onların müasir dövrün tələblərinə uyğunlaşmasına xidmət etdiyini vurğulayıb.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxışında Agentliyin media sahəsində innovativ bacarıqların inkişafına göstərdiyi xüsusi diqqətdən bəhs edib. O bildirib ki, rəqəmsal dövrdə informasiya ilə işləmə bacarığı, xüsusilə də data jurnalistikası sahəsində ixtisaslaşma medianın cəmiyyətə xidmət missiyasını daha da gücləndirir. Natiq Məmmədli vurğulayıb ki, bu təlim proqramı medianın faktlara əsaslanan və obyektiv informasiyanın yayılmasında daha təsirli rol oynamasına şərait yaradacaq.

Virginia Birləşmiş Universitetinin fəxri dosenti, 20 ildən çox xəbər agentliklərində müxbir, redaktor kimi çalışmış Cef Sauz tərəfindən keçirilən təlim sessiyasında data jurnalistikası və onun vizuallaşdırılması, dron videoqrafiyası və digər rəqəmsal bacarıqlar üzrə media nümayəndələrinə ətraflı məlumat verilib.

Təlimin davamında Naxçıvan regional idarəsinin müdiri Vəfa İsgəndərova “Yerli baxışdan dataya əsaslanan jurnalistika” mövzusunda təqdimatla çıxış edərək, data əsaslı xəbər istehsalının əhəmiyyəti və tətbiqi imkanları barəsində danışıb.




Baxış sayı: 45
Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib Bu gün, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib Bu gün, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb Bu gün, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib Bu gün, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər Bu gün, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib Dünən, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb Dünən, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ Dünən, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Dünən, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Dünən, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Dünən, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Dünən, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Dünən, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Dünən, 08:30 Əxlaqın ağırlığı 10-11-2026, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb 10-11-2026, 12:00 Zəfərin işığında ucalan ömür 10-11-2026, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb 10-11-2026, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30