FACT-INFO.AZ » AKTUAL » Professor Nuru Bayramov: “Torpaqlarımıza sahib çıxmaq üçün tariximizi yenidən yazmalıyıq”
24-04-2023, 15:10 | AKTUAL
Professor Nuru Bayramov: “Torpaqlarımıza sahib çıxmaq üçün tariximizi yenidən yazmalıyıq”

Onu da qeyd edək ki, ermənilər həm də Qərbi Azərbaycan ərazisinində (indi Ermənistan adlanan ərazidə) dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər.

 Ermənilərin Qərbi Azərbaycanda törətdiyi soyqırımlar zamanı həmin bölgdə yaşayan soydaşlarımızın həm maddi resurslarına həm də intellektual mülkiyyətinə böyük zərbə vurulmuşdu. Bu və digər məqamla bağlı  Azərbaycan Tibb Universitetinin professoru, AMEA-nın müxbir üzvü  Nuru Bayramov  Fact-info.az-a  öz fikirlərini  açıqlayıb:

-Ermənilər son iki əsrdə Cənubi Qafqaza köçürüldükdən sonra hər zaman münaqişə yaradıblar. Azərbaycan xalqı bu topluma torpaq verib, yurd yeri verib. Nəticədə onlar bu ərazidə məskunlaşdıqdan sonra yerli xalq olan azərbaycanlılara qarşı müxtəlif formada fitnəkarlıqlara, terror aktlarına əl atıblar. Mənim qənaətim belədir ki, bu xalqda  ciddi xəstəlik var. Bu xəstəlik bəzən aktiv fazaya keçir, bəzən xroniki -nisbətən sakit fazaya keçir.  Dünyada və regionda vəziyyət dəyişən kimi ermənilər yaranmış fürsətdən istifadə edərək aktivləşirlər, başqa xalqlara qarşı təxribatlara əl atırlar. 1905-1907-ci illərdə, 1918-ci ildə, daha sonra 1948-1953-cü illərdə və nəhayət 1988-ci ildən başlayaraq bu günə qədər Azərbaycan türklərinə qarşı erməni təxribatı, soyqırımı davam edib. Qeyd etdiyim həmin tarixlərdə erməni təxribatı, terroru aktiv fazaya keçib. Digər dönəmlərdə onlar nisbətən sakit şəkildə öz çirkin planlarını həyata keçiriblər.

 -Nuru müəllim, məlum məsələdir ki, ermənilər bizim qədim torpaqlarımızda, Qərbi Azərbaycanda mütəmadi olaraq dinc azərbaycanlılara qarşı soyqırımı törədiblər. Yəqin ki siz də yaşlı nəslin nümayəndələrindən bu barədə eşitmisiniz, müxtəlif mənbələrdən məlumatlar əldə etmisiniz. Bu barədə fikirləriniz necədir?

-Mən Göyçə mahalının Nərimanlı kəndində doğulmuşam. Qərbi Azərbaycanın hər yerində olduğu kimi, bu mahalda da ermənilər soyqırımı törətmişdilər. Təbii ki, sovet tarixşünaslığında bu barədə heç bir məlumatlar yazılmırdı. O zaman tarix saxtalaşdırılaraq cəmiyyətə, geniş auditoriyaya təqdim olunurdu. Biz yalnız yaşlı nəslin nümayəndələrindən ermənilərin Azərbaycan ərazisində, o cümlədən Göyçə mahalında,  həmçinin bizim kəndimizdə törətdiyi soyqırımı haqqında dəhşətləri eşidirdik. O zaman belə faktları qələmə almağa sovet hakimiyyəti imkan verməzdi. 1918-ci ilin yaz aylarında ermənilər kəndlərimizə hücum edərək dinc insanları qətlə yetirməyə başlayıblar. Deyilənə görə, kənd əhalisinin bir hissəsi Basarkeçər rayonundan Kəlbəcər istiqamətinə üz tutur. Təbii ki, Göyçə dağlıq və soyuq ərazidir. Mart-aprel aylarında Kəlbəcər istiqamətinə üz tutan əhali demək olar ki, soyuqdan yolda tələf olur. Nərimanlı kəndi ilə Kəlbəcər arasında Sümüklü deyilən ərazi var. Məhz əhalimizin bir hissəsi orada soyuqdan dünyalarını dəyişiblər. Biz sovet dönəmində Sümüklü dərə haqqında yaxşı bilirdik. Orada çoxlu insan sümükləri var idi. Bundan əlavə bizim kəndimizdə  Nəbi kişi olub. O, qırğınlar zamanı canını xilas etmək üçün qaçıb daşdan tikilmiş ocaq buxarasına girir. Demək olar olar ki, qaçıb canını qurtara bilməyənləri erməni silahlı dəstələri vəhşicəsinə qətlə yetirib. Nisbətən balacaboy olan Nəbi kişi buxarada sağ qala bilir və sonradan gördüyü həmin qırğınlar haqqında danışardı. Bundan başqa Qərbi Azərbaycanda məşhur aşıq Nəcəf olur.  Onun haqqında məqalələr həmişə yazılıb. Ermənilər onu çox təhqiramiz şəkildə qətlə yetirirlər. Onun çağırırlar və kürəyinə qaynar samavar bağlayaraq deyirlər sazını çal. Göyçənənin çox nüfuzlu sənətkarı bu şəkildə öldürülüb. Onu da qeyd edim ki, Aşıq Nəcəf haqqında indi yaşayan Aşıq Fətullah dastan yazmışdı.  Aşıq Fətulla ermənilərin törətdiyi bu soyqırımlar haqqında daha çox məlumatlı insandır. 

Onu da əlavə edim ki, bizim Göyçə əhalisinin bir hissəsi həmin soyqırımlar zamanı aran bölgələrə üz tuturlar. Sonrakı aylarda infeksiyon xəstəliklərdən, əzab-əziyyətdən, istidən bu insanların bir hissəsi  aran bölgəsində tələf olurlar. Yəni  uşaq vaxtı yaşlı insanlardan eşitdiyimiz belə faktların sayını xeyli artırmaq olar.

 -Qərbi Azərbaycanda ermənilər həm də Azərbaycan xalqınını intellektual mülkiyyətinə qarşı bir soyqırım həyata keçiriblər. Bu barədə sizin fikirləriniz necədir?


  -Ermənilər məqsədli şəkildə Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər. Tanınmış simaları öldürməklə bərabər onların intellektual mülkiyyətinə qarşı  vəhşilik törədiblər. Aşıq Nəcəf kimi neçə-neçə insanı vəhşicəsinə qətlə yetiriblər. Onların mənəvi sərvətlərini dağıdıblar. Mən o zaman uşaq idim. 1972-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə Aşıq Ələsgərin Göyçədə 150 illik yubileyi keçirilmişdi. Böyük Ustadın məzarı üzərində büstü qoyulmuşdu. Çox möhtəşəm yubiley tədbirləri keçirilmişdi.
Bu gün biz eşidirik ki, Aşıq Ələsgərin qəbri erməni vəhşiliyinin qurbanı olub. Aşıq Ələsgər məktəbinin yetirdiyi neçə-neçə tanınmış simalar ermənilərin həm fiziki işgəncələrinə məruz qalır, həm də  intellektual mülkiyyətləri dağıdılır. Göründüyü kimi ermənilər həm Azərbaycan xalqının nümayəndələrinə, həm də   bizim bütün tarixi, dini abidələrimizə, mənəvi sərvətlərimizə təcavüz ediblər. Qərbi Azərbaycanda  o cümlədən Göyçədə elmə, təhsilə hər zaman böyük ehtiram olub. Yüzlərlə elmli insanlar, çox tanınmış sənətkarlar erməni soyqırımına məruz qalıb. Göyçədə Daşkənd kəndində çox tanınmış, inanclı insanların böyük ehtiram göstərdiyi Seyid Bayram Ocağı olub. Gözlərini qan tutmuş ermənilər həmin ocağı dağıtmaqdan çəkinməyiblər. Belə faktları xeyli sadalamaq olar. Ona görə, biz bu mövzuları ciddi araşdırmalıyıq. Və nəhayət torpaqlarımıza sahib çıxmaq üçün tariximizi yenidən yazmalıyıq.


Fact-info.az





Baxış sayı: 431
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30